İtaliya ən yaxın tərəfdaşlarımızdan biridir 

09:26 06-09-2022 | icon 1366
İtaliya ən yaxın tərəfdaşlarımızdan biridir 

Azərbaycan Avropa İttifaqının üzv olan dövlətlərlə ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlıdır.  Ölkəmiz Şərq Tərəfdaşlığından kənar həmin dövlətlərlə ikitərəfli münasibətlər qurur və inkişaf etdirir. Azərbaycan Avropa İttifaqı ilə həmçinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir. İtaliya dünya miqyasında Azərbaycanın ən yaxın tərəfdaşlarından biridir İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir.

       Transadriatik boru kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. İtaliya dost ölkə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərəcəkdir. İtalyan memarları Şuşadakı tarixi abidələrin və məscidlərin bərpa işlərində iştirak edəcəklər. İtalyan şirkəti Bakıda Zəfər Muzeyinin tikintisinə fəal şəkildə cəlb olunub. Azad edilmiş ərazilərdə İtalyan şirkətlərinin çox fəal iştirak etdiyi müxtəlif layihələr mövcuddur.

        Amma həyata keçirilən hər bir bərpa və quruculuq işlərinin yerində düşmənin o torpaqlarda bir zamanlar etmiş olduğu dağıdıcı fəaliyyətləri üzə çıxır. Hətta torpaqlarımızı dinc şəkildə tərk edərkən yaşadıqları evləri yandırmaları, meşələri talan etmələri düşmənin yad torpaqlarına sərgilədiyi mövqeyin nümayişidir. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidentinin rəhbərliyi ilə artıq o torpaqlar öz əzəli və əbədi sakinlərinə qovuşub. Məhz Müzəffər Ali Baş Komandanın “Dəmir Yumruq” siyasəti nəticəsində bir zamanlar əlçatmaz olan arzular artıq reallaşıb. Vətən müharibəsi Ermənistanın hərbi-siyasi rəhbərliyinə elə bir dərs olub ki, onlar artıq öz taleləri ilə barışmağa məcbur olublar. İstər döyüş, istərsə də siyasi meydanda məğlubiyyətə uğrayan düşmənin müharibədən sonra bir neçə dəfə əl atdığı revanş fəaliyyəti də uğursuzluqla nəticələnib.

        Ölkələrimiz daxilən artıq inteqrasiya edib. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir. Bir daha qeyd edirəm, cənab İlham Əliyevin İtaliyaya son səfərigeniş və dərin məzmunlu çıxışları qlobal əhəmiyyətə malikdir, bizim dostluğumuzu və tərəfdaşlığımızı nümayiş etdirir.

Malik Əliyev, 

YAP Xanəgah ərazi partiya təşkilatının sədri


Digər xəbərlər

0.29002809524536