Azad olunmuş ərazilərdə görülən işlər razılıq hissi doğurur

09:27 06-09-2022 | icon 1356
Azad olunmuş ərazilərdə görülən işlər razılıq hissi doğurur

Prezident İlham Əliyev sentyabrın 2-də Çernobbio şəhərində təşkil olunmuş çox möhtəşəm tədbirdə deyib ki, Azərbaycan azad olunmuş ərazilərdə artıq irimiqyaslı infrastruktur layihələrinin icrasına başlayıb. Biz birinci beynəlxalq hava limanını istifadəyə vermişik. İkinci beynəlxalq hava limanının uçuş-enmə zolağı artıq fəaliyyət göstərir və tezliklə hava limanının açılışı olacaqdır. Biz elektrik stansiyaları tikmişik və elektrik xətləri çəkmişik. Avtomobil yolları, tunellər, körpülər və dəmir yolları inşa edirik. Bütün işlər gedir və biz bu işləri yalnız qonşular ilə bağlılığı təmin etmək və daxili istifadə üçün görmürük. Bu səylər, həmçinin Ermənistan vasitəsilə Azərbaycanı özünün Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin icrasına yönəldilib.

      İtaliya şirkətləri işğaldan azad olunan ərazilərdə aktiv fəaliyyət göstərirlər. Bu şirkətlərİtaliya şirkətlərinin gördüyü işlər miqyasına görə Türkiyə şirkətlərindən sonra ikinci yerdədir. Türkiyə şirkətlərinin birinci yerdə olmasını təbii adlandıran dövlətimizin başçısı deyib: “Çünki Türkiyə bizim müttəfiqimiz, yaxın dostumuz və qonşumuzdur. Onların məşhur tikinti şirkətləri var. İkinci yerdə isə İtaliya şirkətləridir. Azərbaycan Prezidenti buna misal olaraq bildirib ki, bizim Memorial və Zəfər muzeylərimiz təkcə Bakıda deyil, işğaldan azad olunmuş şəhərlərdə də İtaliya şirkətləri tərəfindən dizayn olunub və tikiləcək. İtaliya şirkətləri işğaldan azad olunmuş dörd rayonda - Ağdam, Füzuli, Qubadlı və Kəlbəcərdə elektrik stansiyalarını avadanlıqlarla təchiz edib. “Daha bir İtaliya şirkəti bizim xahişimizlə Şuşada yeni məscidin layihəsini dizayn edib və onu icra edəcək. Beləliklə, bu, bizim münasibətlərimizin nə dərəcədə yaxın olduğunu göstərir. Çünki Şuşa hər bir azərbaycanlı üçün müqəddəs məkandır. Şuşada tikiləcək yeni məscidin layihəsi İtaliya şirkətinə həvalə olunub. Bu, o deməkdir ki, bizim aramızda çox yüksək dərəcədə etimad var və bu addımı atmışıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

       Bəli, həqiqət və reallıq budur ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan dövləti xalqı­mızın milli maraqlarına xidmət edən, eyni zamanda beynəlxalq normalara əsaslanan müstəqil, ədalətli və prinsipial xarici siyasət kursu həyata keçirir. Milli və bəşəri dəyərlərdən qaynaqlanan bu xətt sivil dünya tərəfindən uğurlu siyasət modeli kimi qəbul və təqdir olunur, nəticədə Azərbaycanın nüfuzu və imici daim yüksəlir.

Ramin İbrahimov,

Cəlilabad şəhər Mədəniyyət Mərkəzinin direktoru


Digər xəbərlər

0.27565503120422