Niyazi Bayramov yüksək bal toplayan məzunlarla görüşdü - Fotolar
Gəncədə ali məktəblərə yüksək balla qəbul olan abituriyentlərlə görüş keçirilib.
Məzunlarla görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və təhsil işçiləri iştirak ediblər.
Niyazi Bayramov çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə göstərdikləri xüsusi diqqət və qayğıdan bəhs edib. O bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır. Bütün bunlar gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına şərait yaradır.
Anar Qədiməliyev çıxışında bildirib ki, 2021-2022-ci tədris ilində Gəncə şəhər ümumtəhsil məktəblərini 2816 nəfər məzun bitirib ki, bunlardan da 1249 nəfəri respublikanın ali məktəblərinə, 158 nəfəri xarici ölkələrin ali məktəblərinə qəbul olublar. Anar Qədiməliyev onu da qeyd edib ki, 49 nəfər məzun 600-dən, 12 nəfər isə 650-dən yuxarı bal toplayıb. Bununla yanaşı, Gəncə şəhər M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin 11B sinfinin bütün məzunlarının ali məktəbə daxil olduğunu vurğulayıb.
Daha sonra məzunlara hədiyyələr təqdim olunub. Bununla yanaşı, Niyazi Bayramov Gəncə şəhər M.C. Paşayev adına 39 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, 11B sinfinin rəhbəri Jalə Məmmədovanı Gəncə şəhərinin təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə “Təşəkkürnamə” ilə təltif edib.
-
ASAPES-də "Basics to spesifics" kitabının təqdimatı keçirilib
...
-
Kooperasiya Universitetinin bağlanacağı iddiası ilə bağlı - Açıqlama
...
-
Emin Əmrullayev onu müdir təyin etdi
...
-
Tələbələr hansı hallarda ali təhsil müəssisəsindən xaric ediləcəyi məlum olub
...
-
GDU-dakı qanunsuzluğa nə vaxt son qoyulacaq? - ŞİKAYƏT
...
-
Müəllimlərə şad xəbər - Yenilik
...
-
Kəlbəcərdə müasir məktəb binası tikilir - Video
...
-
Emin Əmrullayev “Yüksəliş”in qalibləri ilə görüşdü - Fotolar
...
-
Keyfiyyətli təhsil olmadan heç bir ölkənin gələcəyi ola bilməz
...
-
ASAPES-də prorektor vəzifəsinə yeni təyinat olub
...