Qaradağda əhali arasında skrininq müayinə təşkil olundu - Fotolar
Qaradağ İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzv təşkilatlarının nümayyəndələri (“Sağlam xidmət” İB sədr müavini, həkim Samirə Muxtarova, Azərbaycan Qızıl Aypara Cəmiyyəti – Mətanət Qaraxanova “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru) tərəfindən Qaradağ Rayonunun Puta qəsəbəsində 9 saylı Birləşmiş Şəhər Xəstəxanasında əhali arasında döş qəfəsinin rentgen müayinəsi təşkil olunub.
Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Rayon Bölməsinin sədri Niyaz Eyvazov iştirak edib.
Bu müayinə Yaponiya istehsalı “Fujifilm FDR X-Air” rəqəmsal, süni intellekt üstünlüyü olan portativ rentgen avadanlığı vasitəsilə həyata keçirilib. Aparatın üstünlüyü onun çəkisinin cəmi 6 kg olması, daha az ultrabənövşəyi şüalar buraxmaqla daha keyfiyyətli və dəqiq görüntü əldə olunmasıdır.
Müayinəyə Qaradağ rayonu Qızıldaş və Korgöz qəsəbələrinin sakinləri də cəlb olunublar. 51 nəfər skrininq müayinədə iştirak edənlər arasında 5 nəfərdə ağciyərdə dəyişiklər müəyyən edilib. Ağciyərlərində dəyişiklik qeydə alınan vətəndaşlar yerli terapevt və ya ftiziator müayinəsinə yönləndirilib.
Qaradağ rayonunun digər ucqar qəsəbələrində də analoji aksiyaların keçirilməsi nəzərdə tutulacaq.
Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyasının üzvləri tədbirin yüksək səviyyədə təşkil olunmasına görə Qaradağ İcra Hakimiyyətinin müavini Təranə İsmayılovaya, Qaradağ Rayon 9 saylı BŞX baş həkimi Sərvinaz Tarıverdiyevaya və işçi heyətinə təşəkkürlərini bildiriblər.
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...
-
Su ehtiyatlarından səmərəli istifadə şəkildə başlıca vəzifədir
...
-
Xüsusi əhəmiyyətli layihə
...
-
Melioratorların əməyi ən yüksək diqqətə layiqdir
...