“Ciddi problemimiz yoxdur” - Qurban Qurbanov

18:40 06-09-2022 | icon 1439
“Ciddi problemimiz yoxdur” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində "Frayburq"la səfər oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandırıb.

Iki gün sonrakı qarşılaşma barədə ümumi fikirlərini bildirib:

 

- İlk oyunumuzdur. Həvəsimiz, istəyimiz çoxdur. Xeyli əziyyət çəkmişik. İstərdik, Çempionlar Liqasının qrupunda oynayaq. Alınmadı. Bu qrupda oynamaq böyük bir təcrübədir. Futbolçularımın daha da inkişaf etməsi üçün vacib oyundur. Bundesliqanın liderinə qarşı oynayacağıq. Bu, futbolçular üçün böyük təcrübə olacaq. Hər oyunda ən yaxşısını etməyə çalışacağıq. Rəqiblərimiz nə qədər güclü olsa da, meydandan mübarizəsiz çıxmaq istəymirik. Oyun gedə-gedə də addımlar atılacaq. Həmişə deyirəm ki, rəqibi meydanda daha yaxşı tanıyırsan. Futbolçularım yaxşı bir oyuna hazırdırlar.

- Heyətlə bağlı problem yoxdur?
- Cİddi problemimiz yoxdur.

- Maksim Medvedev bu matçda meydana çıxa bilər?
- Vəziyyəti normaldır. Komanda ilə məşqlərə başlayıb. Bir neçə məşqdə iştirak edib. Ola bilər, əsas heyətdə meydana çıxmasın, amma zamanı gəldikdə ondan istifadə edəcəyik.


Digər xəbərlər

0.28409290313721