Çempionlar Liqasında gecənin nəticələri

10:20 07-09-2022 | icon 317
Çempionlar Liqasında gecənin nəticələri

 Çempionlar Liqasında qrup mərhələsinə start verilib.

İlk oyun günündə 4 qrupda ümumilikdə 8 görüş keçirilib.

 

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) Xorvatiyada İngiltərə "Çelsi"sinə qalib gəlib.

PSJ "Yuventus"u, "Mançester Siti" "Sevilya"nı, "Real" "Seltik"i məğlub edib. "Milan" səfərdə "Zaltsburq"la heç-heçəyə razılaşıb.

Qeyd edək ki, ilk turun digər 8 matçı sentyabrın 7-də oynanılacaq.

Çempionlar Liqası

Qrup mərhələsi, 1-ci tur

6 sentyabr

E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Mislav Orşiç, 13

23:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) - 1:1

Qollar: Noa Okafor, 28 - Aleksis Salemakers, 40

Xallar: "Dinamo" - 3, "Milan" - 1, "Zaltsburq" - 1, "Çelsi" - 0.

F qrupu
23:00. "Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4

Qollar: Məhəmməd Simakan, 57 - Maryan Şved, 16; 58, Mixail Mudrik, 76,  Lassina Traore, 85

23:00. "Seltik" (Şotlandiya) - "Real" (İspaniya) - 0:3

Qollar: Vinisius Junior, 56, Luka Modriç, 60, Eden Azar, 77

Xallar: "Şaxtyor" - 3, "Real" - 3, "Leyptsiq" - 0, "Seltik" - 0.

G qrupu
20:45. "Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

Qollar: Marko Roys, 35,  Rafael Gerreyro, 42, Cud Bellingem, 83

23:00. "Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:4

Qollar: Erlinq Haaland, 20; 67, Fil Foden, 58, Ruben Diaş, 90+2

Xallar: "Mançester Siti" - 3, "Borussiya" - 3, "Kopenhagen" - 0, "Sevilya" - 0.

H qrupu
23:00. PSJ (Fransa) - "Yuventus" (İtaliya) - 2:1

Qollar: Kilian Mbappe, 6; 22 - Ueston Makkenni, 53

23:00. "Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail) - 2:0

Qollar: Rafa Silva, 50. Alexandro Qrimaldo, 54

Xallar: "Benfika" - 3, PSJ - 3, "Yuventus" - 0, "Makkabi" - 0.


Digər xəbərlər

0.4062979221344