Sərbəst güləş üzrə millimizin DÇ üçün heyəti bəlli oldu
Sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı keçiriləcək. Mundialın son günlərində sərbəst güləş üzrə millimiz mübarizəyə qoşulacaq.
Bu gün Olimpiya Güləş Mərkəzində yığma komandanın üzvləriylə görüş keçirilib.
Dünya çempionatında baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əliabbas Rzazadə (57 kq), İslam Bazarqanov (61 kq), Hacı Əliyev (65 kq), Coşqun Əzimov (70 kq), Turan Bayramov (74 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq), Osman Nurmaqomedov (92 kq), Maqomedxan Maqomedov (97 kq) və Aydın Əhmədov (125 kq) ölkəmizi təmsil edəcək.
Qeyd edək ki, sentyabrın 14-də sərbəst güləş üzrə püşkatma mərasimi keçiriləcək. Növbəti gün Coşqun, Əşrəf, Abubakr və Aydın yarışa start verəcək. Ayın 16-da Əliabbas, Turan və Osman, ayın 17-də isə İslam, Hacı və Maqomedxan xalça üzərinə çıxacaq.
-
Dövlət qurumlarının əməkdaşları arasında qolf yarışı keçirilib
...
-
Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq
...
-
"Qəbələ" kimi şəraiti olan bölgə klubu var?"
...
-
Azərbaycan Premyer Liqasının son iki turunda əcnəbi hakimlər
...
-
AFFA lisenziya alan klubların adlarını açıqladı
...
-
Bilyard üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub
...
-
AFFA Premyer Liqada klub sayı ilə bağlı qərar verdi
...
-
Final seriyasının təqvimi açıqlandı
...
-
AKAF “PUSH-30” ilə əməkdaşlığa başladı - Fotolar
...
-
ABF rəsmiləri FİBA-nın assambleyasında iştirak ediblər
...