Hacıqabulda toxum sərgi-satış yarmarkası keçirildi - Fotolar
Hacıqabul rayonunda toxum sərgi-satış yarmarkası təşkil olunub.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, “Agro Dairy” MMC-nin aqroparkında təşkil olunan yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Dövlət Toxum Fondu, Aqrar Sığorta Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hər il olduğu kimi bu il də toxum satış yarmarkalarına maraq böyükdür: “Yüksək məhsuldarlığın əldə olunması üçün ilk addım keyfiyyətli, sertifikatlaşmış toxumdan başlayır. Əkin materialının düzgün seçilməsi yekun nəticədə fermerin yüksək məhsuldarlıq və daha çox gəlir əldə etməsinə səbəb olur. Hər il sahələrdən yüksək məhsuldarlıq əldə edən fermerlərin sayı artır. Burada düzgün aqrotexniki qulluq qədər, düzgün toxum seçimi də mühüm rol oynayır. Bu cür yarmarkalar həm fermerlərin keyfiyyətli toxuma əlçatanlığını təmin edir, həm də toxum bazarının formalaşmasına da müsbət təsir göstərir”.
Ölkənin ən böyük toxum istehsalçılarından olan “Agrodiary” MMC-nin rəhbəri Niyazi Əmirbəyov bildirib ki, fermerlər bu il keyfiyyətli toxum almağa daha çox maraq göstərirlər.
Daha sonra tədbir iştirakçıları müxtəlif növ toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüblər. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
-
Kənan Qasımov: "Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşacaq"
...
-
Füzuli şagirdləri üçün “Nar”dan gözəl hədiyyə
...
-
“Nar” rabitə sahəsinin peşəkarlarını hazırlayır - Fotolar
...
-
“Nar” hər kəsə sərfəli günlük internet paketlərini təqdim edir
...
-
“Nar”dan sərfəli smartfon təklifi - Fotolar
...
-
“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
...
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir
...
-
Azərbaycanda elektron siqaretlər qadağan oluna bilər
...
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi
...
-
Neftimizin qiyməti 88 dollara düşdü
...