Eldar Quliyev: Respublika Ağsaqqallar Şurasının, "Azərittifaq"ın sədri olaraq bu qurumlarda ictimai əsaslarla fəaliyyət göstərirəm"

13:38 09-09-2022 | icon 1116
Eldar Quliyev: Respublika Ağsaqqallar Şurasının,

"Reket jurnalistika" yenə iş başındadır. Bəzi "jurnalistlər" yenə də millət vəkili Eldar Quliyev haqqında ağlına nə gəldi onu da qələmə alır.

Hətta məsələ burasındadır ki, Eldar Quliyev haqqında tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar.

Maraqlıdır ki, onun barəsində hansısa media qurumunun dərc etdiyi açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Azeripress.az-a açıqlama verən Eldar Quliyev da bildirdi ki, yazılanlar tamamilə əsassız məlumatlardır və ona qarşı aparılan çirkin bir oyundur:

"İlk öncə qeyd edim ki, yazılanlar tam absurdur. Mənim jurnalistlərimizə çox böyük hörmətim var. Həqiqətən işini bilən,sevən kifayət qədər qələm əhli var. Təəssüf ki, bəzən onların içində məsələlərə qeyri-obyektiv yanaşan media nümayəndələrinə də rast gəlirik.

Mən hər zaman bacardığım qədər hər bir jurnalistə açıqlama, müsahibə verməyə çalışıram. Hər həftə ölkədə baş verən hadisələrlə bağlı,gündəm mövzuları bağlı bir çox xəbər saytlarına müsahibələr verirəm.

Mətbuat işçiləri də bizi - deputatları anlayışla qarşılamalıdırlar. İşlərimiz həqiqətən çox olur.

Bir neçə gün əvvəl Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri və qardaş ölkənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Binəli Yıldırımla görüşümüz oldu.

Milli Məclisin Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi tez-tez bu ölkənin səfiri ilə görüşlərimiz olur. Müxtəlif səfərlərimiz olur. 

Millət vəkili seçildiyim dairə üzrə hər həftə seçicilərimlə görüşürəm. 

Hazırda yeni təhsil ilinə hazırlıq gedir. Rektoru olduğum universitetdə də kifayət qədər işlərimiz olur. Yeni qəbul olunan tələbələrlə,onların valideynləri ilə görüşürük. 

Yazırlar ki, Eldar Quliyevin 4 vəzifəsi var. Qeyd edim ki, Respublika Ağsaqqallar Şurasının sədri, "Azərittifaq" sədri olmaq vəzifə deyil və mən bu sahələrdə ictimai əsaslarla fəaliyyət göstərirəm. 

Millət vəkili kimi və universitetdə dərs deyən müəllim kimi ancaq bu iki yerdə vəzifə daşıyıram və maaş alıram".

REDAKSİYADAN: Bəzi həmkarlarımız Eldar müəllimin yaşını qabardıb onun tutduğu  vəzifələrdən imtina etməsini istəyirlər. Halbuki, həmin KİV əməkdaşları anlamırlar ki, Eldar müəllimin təcrübəsi xalqımıza hələ çox lazımdır.

Bu yerdə kiçik bir hekayəni də bura əlavə edirəm. Ümid edirəm ki, bu hekayə ilə tanış olan həmkarlarım nə demək istədiyimi anlayacaqlar.

"Bir gün gənc vəzirlərdən biri şahın yanına gələrək deyir: “mən gəncəm, sağlamam, cəldəm. Ancaq mən beşinci vəzirinəm və ücrətimdə azdır. Sənin birinci vəzirin isə qocadır, xəstədir və ləngdir. Bizim yerlərimizi dəyişdirmən daha doğru olmazmı?”

Şah xahişi anladığını deyib ardınca üfüqdə qalxan toza işarə edərək bu gənc vəzirdən gedib məsələni araşdırmasını istəyir.

Vəzir atına minərək gedib gəlir və deyir: Bu bir karvandır.

Şah ondan soruşur karvan hara gedir? Vəzir yenidən atlanır dönüşdə karvanın Buxaraya getdiyini deyir.

Şah bu səfər karvanın  hardan gəldiyini soruşur. Vəzir suala cavab tapmaq üçün bir daha atlanır. Karvanın Qahirədən gəldiyini öyrənir.

Şah bu dəfə karvanın yükünü soruşur. Bir atlanma daha.. .Karvan ipək daşıyırmış.

Bu ara şahın yaşlı vəziri gəlir. Şah ondan gedib uzaqda qalxan tozun nə olduğunu öyrənməsini istəyir.

Bir müddət sonra yaşlı vəzir dönərək deyir: Şahım! Bu bir karvandır. Qahirədən Buxaraya gedir. Yükü ipəkdir.Otuz altı dəvə yüküdür. Buxarada bir yükü otuz qızıla satmağı düşünürlər. Karvan rəisi bütün malı iyirmi qızıldan satmağa razıdır. Məndə bu arada Buxaradakılara elçi göndərdim bu malı bizdən iyirmi beş qızıldan alacaqlarını söylədilər. Şahımızın cavabı nədir?  

Şah gənc vəzirə dönərək “indi anladınmı niyə o birinci sən isə beşinci vəzirsən?” deyə sordu. Gənc vəzir səssizcə başını aşağı saldı…"

 


Digər xəbərlər

0.3183491230011