AHİK daha 400 qazi və şəhid ailəsini yollayışlarla təmin edib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) istər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və veteranlarına xüsusi qayğı ilə yanaşır. AHİK hər zaman onları diqqətdə saxlayır, bütün imkanlarından istifadə edərək maddi-mənəvi dəstək göstərir.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu kateqoriyadan olan şəxslərə sağlamlıqlarının bərpası və qorunması, istirahətlərinin mənalı və səmərəli keçirilməsi üçün istirahət mərkəzlərinə və sanatoriyalara mütəmadi olaraq yollayışlar verilir. Bu işlərin davamı olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsi tərəfindən 400 nəfər qazi və şəhid ailəsi üzvünün 4 ay ərzində sanatoriya-kurort müəssisələrində müalicəsi və istirahətlərinin təşkili ilə bağlı qərar qəbul olunub.
Bu məqsədlə qəbul olunmuş qərara əsasən, AHİK-in büdcəsindən 357 min manat vəsait ayrılıb və Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunub.
Qeyd edək ki, həmin 400 qazi və şəhid ailəsi üzvünə yollayışlar pulsuz olaraq verilib.
-
İkitərəfli münasibətlər genişlənir
...
-
Əməkdaşlığın əlamətdar istiqamətləri
...
-
Azərbaycan-Slovakiya əlaqələri tarixində əlamətdar hadisə
...
-
Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır
...
-
Azərbaycanda Qələbə Günü qeyd olunur
...
-
Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Fotolar
...
-
Tələbələr arasında keçirilmiş müsabiqə-festivalın yekun konserti olub
...
-
Qələbə Gününün havası
...
-
AHİK tərəfindən 2023-cü ilin ən yaxşı müəssisələri mükafatlandırılıb
...
-
DSX-nın akademiyasında “Heydər Əliyev müasir Azərbaycan Respublikasının memarıdır” mövzusunda konfrans keçirilib
...