Səttar Möhbalıyev: “Ermənistan çirkin hərbi təxribatları ilə heç nəyə nail ola bilməyəcək”

15:06 13-09-2022 | icon 845
Səttar Möhbalıyev: “Ermənistan çirkin hərbi təxribatları ilə heç nəyə nail ola bilməyəcək”

“Ermənistan tərəfi təcəvüzkar siyasətini davam etdirərək sentyabrın 12-də gecə
saatlarından başlayaraq dövlət sərhədində genişmiqyaslı təxribatlar törədib. Bu,
birbaşa beynəlxalq hüququn norma və prinsiplərinin, Azərbaycan, Ermənistan
və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatların, həmçinin əldə
olunmuş digər razılaşmaların kobud şəkildə pozulmasıdır. Aydın görünür ki,
Azərbaycanın münasibətlərin normallaşdırılması istiqamətində səylərini
Ermənistan pozmaqla məşğuldur, sülhə doğru atılan addımlara müxtəlif
təxribatlarla mane olmağa çalışır”.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, son zamanlar Laçında və digər ərazilərdə minaların
yerləşdirilməsi, dövlət sərhədi boyunca hərbiləşmənin artırılması, həmçinin
erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılmaması gərginliyin
yüksəldilməsinə hesablanmış addımlardır və Ermənistan bu tipli əməlləri ilə
danışıqları əngəlləməyə çalışır: “Törədilən son hərbi təxribat da qeyd etdiyim
çirikin əməllərin davamıdır. Təcavüzkar dövlətin belə əməllərinə, təbii ki, cavab
vermək, təhlükə doğuran legitim hədəfləri məhv etmək, ərazi bütövlüyünün
təhlükəsizliyini qorumaq Azərbaycanın suveren hüququdur”.

“Ermənistan tərəfi, o cümlədən başıpozuq revanşist qüvvələr hələ də anlamırlar
ki, onlar törətdikləri təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Onların
qarşısında güclü və yenilməz, iki il öncə təcavüzkar ordularını məhv etmiş
müzəffər bir Ordu dayanır. Ona görə reallıqlarla barışmalı, bu kimi

təxribatlardan əl çəkməli, Azərbaycanın sülh səylərinə qarşılıq verməlidirlər.
Yalnız bu onların yeganə xilas yoludur”, - Milli Məclisin deputatı deyib.


Digər xəbərlər

0.20493197441101