Bu gün Azərbaycanda Bilik Günüdür
Bu gün Azərbaycanda 2022-2023-ci tədris ilinin ilk dərs günüdür.
Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən xeyli sayda hərbçimiz şəhid olub. Bu səbəbdən Elm və Təhsil Nazirliyi Azərbaycanın bütün ümumi təhsil müəssisələrində Bilik Günü ilə bağlı nəzərdə tutulan təntənəli tədbirləri ləğv edib.
Nazirlikdən həmçinin bildirilib ki, ümumi təhsil müəssisələrində ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, 2022-2023-cü tədris ilində şagirdlərin ümumi sayı 1 616 214 nəfərdir. 158 297 şagird I sinifdə, 147 029 şagird IX sinifdə, 100 455 şagird isə XI sinifdə təhsil alacaq.
-
DİM sədri buraxılış və qəbul imtahanlarında 700 bal toplanılmaması məsələsinə münasibət bildirib
...
-
AHİK sədri Səttar Möhbalıyev UAESEB-nin XIV Forumunun iştirakçılarını qəbul edib
...
-
Bakıda Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin XIV Forumu keçirilib
...
-
Məktəb direktorunun Dubay macərası
...
-
Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı
...
-
Şamaxı rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Son zəng” tədbiri keçirilib
...
-
Təhsil naziri "Son zəng" münasibətilə məzunları təbrik edib
...
-
Qaradağda “Son zəng” qeyd olundu - Fotolar
...
-
İyunun 14-ü “Son zəng”dir, tədbirin keçiriləcəyi qayda açıqlanıb
...
-
Təhsil Nazirliyinin səlahiyyətləri artırıldı
...