Şam adamlar - Hüseyn Şahmalıyev

11:55 17-09-2022 | icon 200
Şam adamlar - Hüseyn Şahmalıyev

Bu həkim haqqında mənə bir tanışım elə ürəklə, elə içdən-səmimi danışdı ki, kövrəldim. 

 Nə edək ki, getdikcə insanlar  soyuqlaşır, ədalətsizliklər durmadan artır, müəllim gül kimi körpə uşaqlara "pul dağarcığı" kimi baxır, həkim xəstəni, hakim cinayəti gəlir mənbəyi, ucuz qazanc hesab edir. Bu təkcə bizdə deyil, demək olar ki, dünyanı bürüyüb. Bəziləri hətta deyir ki, bütün bunlar "Qiyamət"in əlamətləridir...

 Amma bütün bu qaranlığın, zülmətin içində ŞAM kimi işıqlı insana rast gəlirsən. Və həyat gözlərində yenidən canlanır. Böyük filosof  Konfutsi əbəs yerə demirdi ki, zülməti  söyməkdənsə, bir ŞAM yandırın. Bəli, bircə ŞAM yandırın. 

Gözünüzün qabağına iki mənzərən gətirin. Zülmət qaranlıq otaq...adam özünü kor kimi aparırır, nə sağ var, nə sol, nə arxa, nə də ön...İndi isə həmin zülmətdə bircə barmaq boyda ŞAM yandırın...Həə..artıq  adam özünü kor kimi deyil, rahat hiss edir...sağ var, sol var, ön var...Yəni itmiş oriyentirlər bircə anda qayıdır. Bax belə barmaq boyda şam kimi insanlar da var cəmiyyətimizdə. Onlardan biri haqqında uzun-uzadı deyil, qısaca, ŞAM boyda yazmaq istəyirəm. 

Qobustan Mərkəzi Xəstəxanasının direktoru Hüseyn Şahmalıyevdən gedir. 

Xəstələrinin dediyinə görə, Hüseyn  həkim xəstələrin dilini çox gözəl bilir. Həqiqətən də xəstənin dilini bilmək üçün səmimi, saf olmalısan ki, xəstələr də  sənə inansın, güvənsin...

Yəqin ki, Hipokrat andı da içib Hüseyn həkim. Bu yazını yazarkən, Hippokrat andının yunan, latın, hətta azərbaycan variantı ilə tanış oldum, mətni-andı  diqqətlə oxudum. Bu andı bu günədək milyonlarla həkim içib...amma noolsun. Məsələ and içməkdə, hətta Quran oxumaqda deyil ee...Bir insanlıq məsələsi var. Bir müdrik demişkən, insanın ölməsi qorxulu deyil, fəlakət insanlığın ölməsidir.

Amma Hüseyn  həkim kimi  ŞAM kimi insanlar  varkən, insanlıq ölməz. Bilirəm səhiyyəmizdəki problemlərdən  bezən oxucularımız, başını bulayıb, bir gül ilə bahar olmaz deyəcəklər. Bəli, əziz oxucular! Mən də bilirəm bir güllə bahar olmaz. Ancaq BİR GÜL  panoramanı büsbütün dəyişə bilir. Gəlin, hamımız dua edək ki, vətənimizdəki ŞAM insanların sayı daha çox olsun. 

 Hazırda rəhbərlik etdiyi səhiyyə ocağında ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

O, daima ona müraciət edən xəstələri diqqət və qayğı ilə dinləyib onlara əlindən gələn köməyi edir. Pandemiya dövründə xəstələrə daha çox diqqət və qayğı ayırır.

Xəstəxanada və insanların sıx olduğu ərazilərdə dezinfeksiya işlərinin aparılması, vaksinlərin vurulması,vətəndaşlara yüksək xidmət məhz onun əməyinin bəhrəsidir.

Mərkəzi xəstəxananın bu çətin dönəmdə fəaliyyəti təkcə dezinfeksiya işləri və Covid- 19-a yoluxmuş vətəndaşlara xidmətlə yekunlaşmır.

Xəstəxanada bütün xəstələrə həkim və digər tibb işçiləri tərəfindən yüksək xidmət göstərilir. Qeydiyyatda olan xəstələrə dövlət tərəfindən ayrılmış dərmanlar vaxtlı vaxtında verilir.

Düzgünlük, dəqiqlik, insanlara xoş münasibət və qayğı göstərmək Hüseyn Şahmalıyevin əsas amalıdır.

 Bu yaxınlarda yolumu mərkəzə saldım.. Həkimlər iş başında idilər. Hər tərəfdə təmizlik, səliqə-səhman göz oxşayırdı. Gün ərzində bir neçə xəstə yaxını ilə söhbət etdim, onlara göstərilən tibbi xidmətin səviyyəsi ilə, hər hansı neqativ hallarla rast gəlib-gəlmədikləri ilə maraqlandım. Həmsöhbətlərim çox səmimi cavab verdilər. Qeyd etdilər ki, buranın tibb bacılarından, bütün həkimlərdən çox razıyıq. Həkimlərimz düzgün müayinə-müalicə aparır, tövsiyələrini bizdən əsirgəmirlər.

 


Digər xəbərlər

0.23949098587036