Milli Məclisdə şəhid ailələri və qazilərlə bağlı dinləmələr keçiriləcək
Milli Məclisin payız sessiyasında bir sıra qanun layihələrinin müzakirəsi, habelə şəhid ailələri və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, əllilliyi olan şəxslərin əmək bazarına çıxışının asanlaşdırılması ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bunu Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev bildirib.
O, həmçinin qeyd edib ki, 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Əmək və sosial siyasət komitəsində görülən işlər barədə danışıb. Bildirilib ki, ötən sessiyalarda komitə səmərəli fəaliyyət göstərib. Bu müddətdə komitənin 11 iclası keçirilib, 25 məsələyə baxılıb.
“Diqqətə çatdırılıb ki, keçən sessiyada komitəyə 887 sənəd, o cümlədən vətəndaşlardan 430 ərizə, nazirliklərdən və idarələrdən 365 cavab məktubu daxil olub. Komitəyə ünvanlanan müraciətlərdə pensiya, ünvanlı sosial yardım, mənzil problemi və digər məsələlər qaldırılır. Həmin məsələlərin həlli istiqamətində müvafiq işlər görülüb. Bununla yanaşı, komitənin sədri və üzvləri mütəmadi olaraq seçicilərlə görüşlər keçirib, onların qayğıları ilə maraqlanıblar.”, - deyə məlumatda bildirilib.
-
Qarabağ münaqişəsi tarixə çevrildi
...
-
Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı
...
-
Şuşa mədəniyyətimizin beşiyidir
...
-
Heydər Əliyev Fondu və ICESCO arasında Memorandum imzalandı - Fotolar
...
-
Heydər Əliyev Həştərxanda anıldı - Fotolar
...
-
İlqar Mahmudov Qələbə Günü münasibətilə müharibə veteranını evində ziyarət edib
...
-
Sabah 25° isti olacaq
...
-
AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib
...
-
EImi-Tədqiqat Kardiologiya İnstitutu tərəfindən Ağalı və CocuqMərcanlıda əhali üçün kardioloji müayinələr təşkil edilib - FOTOLAR
...
-
Sabahın havası açıqlandı
...