“İnsan alverinə yol verməyək”-İnsan alveri ilə mübarizədə ictimai fəallığın artırılması adlı layihəyəsinin icrasına başlanılıb

09:13 19-09-2022 | icon 896
 “İnsan alverinə yol verməyək”-İnsan alveri ilə mübarizədə ictimai fəallığın artırılması adlı layihəyəsinin icrasına başlanılıb

Polisə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə  “İnsan alverinə yol verməyək”-İnsan alveri ilə mübarizədə ictimai fəallığın artırılması adlı layihəyəsinin icrasına başlanılmışdır.

Təşkilatdan verilən məlumata görə, İnsan alveri ilə mübarizənin əsas məqsədi müəyyən  qism insanların insan alverinin qurbanına, köləliyə çevrilməsi riskinin qarşısını almaq, cəmiyyəti  təhlükəsiz, ədalətli və vahid vətəndaş  cəmiyyətinə çevirmək, insan alverinə şərait yaradan halları müəyyən etmək, insan alverinə məruz qala biləcək əhalinin həssas qruplarının sosial müdafiəsini təmin etmək, sosial ədalətin  yeganə təminatçısı olan  məhkəmə hakimiyyətinin  nüfuzunu və etibarını  təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan  ibarətdir.

Bu məqsədlə əhalinin maarifləndirilməsi və insan alveri barədə məlumatı olmayanlara informasiya-analitik biliyin çatdırılması, profilaktik xəbərdarlıq tədbirlərinin həyata keçirilməsi vacibdir. Məsələnin mahiyyətinin potensial insan alveri qurbanlarına, pedaqoqlara, tələbələrə,gənc qızlara çatdırılması ona qarşı mübarizənin əsas şərtlərindəndir.

Hüquq mühafizə orqanları ilə pedaqoji kollektivlərin, vətəndaş cəmiyyəti institutlarının birgə əməkdaşlığı, məlumatlandırma kompaniyalarının aparılması yolu ilə insan alverinə qarşı mübarizənin gücləndirilməsi,ictimai fəallığın artırılması layihənin əsas ideyasıdır. Bu məqsədlə Azərbaycan Dövlət Pedoqoji Universitetində və onun filiallarında eləcə də, Azərbaycan Turizm və Menecment Universitetində və Masallı Dövlət Regional Kollecdə əsasən qızların təhsil aldığı müəssisələrdə məlumatlandırma kompaniyası aparılacaq.

 


Digər xəbərlər

0.26906204223633