“İnsan alverinə yol verməyək”-İnsan alveri ilə mübarizədə ictimai fəallığın artırılması adlı layihəyəsinin icrasına başlanılıb
“Polisə dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “İnsan alverinə yol verməyək”-İnsan alveri ilə mübarizədə ictimai fəallığın artırılması adlı layihəyəsinin icrasına başlanılmışdır.
Təşkilatdan verilən məlumata görə, İnsan alveri ilə mübarizənin əsas məqsədi müəyyən qism insanların insan alverinin qurbanına, köləliyə çevrilməsi riskinin qarşısını almaq, cəmiyyəti təhlükəsiz, ədalətli və vahid vətəndaş cəmiyyətinə çevirmək, insan alverinə şərait yaradan halları müəyyən etmək, insan alverinə məruz qala biləcək əhalinin həssas qruplarının sosial müdafiəsini təmin etmək, sosial ədalətin yeganə təminatçısı olan məhkəmə hakimiyyətinin nüfuzunu və etibarını təsdiqləmək, belə cinayətlərlə mübarizədə ictimai fəallığın artırılmasına nail olmaq, cəzanın labüdlüyünü və məqsədini prinsipallıqla reallaşdırmaqdan ibarətdir.
Bu məqsədlə əhalinin maarifləndirilməsi və insan alveri barədə məlumatı olmayanlara informasiya-analitik biliyin çatdırılması, profilaktik xəbərdarlıq tədbirlərinin həyata keçirilməsi vacibdir. Məsələnin mahiyyətinin potensial insan alveri qurbanlarına, pedaqoqlara, tələbələrə,gənc qızlara çatdırılması ona qarşı mübarizənin əsas şərtlərindəndir.
Hüquq mühafizə orqanları ilə pedaqoji kollektivlərin, vətəndaş cəmiyyəti institutlarının birgə əməkdaşlığı, məlumatlandırma kompaniyalarının aparılması yolu ilə insan alverinə qarşı mübarizənin gücləndirilməsi,ictimai fəallığın artırılması layihənin əsas ideyasıdır. Bu məqsədlə Azərbaycan Dövlət Pedoqoji Universitetində və onun filiallarında eləcə də, Azərbaycan Turizm və Menecment Universitetində və Masallı Dövlət Regional Kollecdə əsasən qızların təhsil aldığı müəssisələrdə məlumatlandırma kompaniyası aparılacaq.
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...
-
Perspektiv əməkdaşlıq istiqaməti
...
-
Rusiya Azərbaycan münasibətləri dinamik inkişaf edir
...
-
Regional təhlükəsizliyin təminatı əsas şərtdir
...
-
Münasibətlərimiz sülhə və əminamanlığa xidmət edir
...
-
Səttar Möhbalıyev: “BAM-in ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri olub”
...
-
Onlar da Füzuliyə yola düşdülər - Fotolar
...
-
Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir
...