Fazil Alməmmədov - İstedadlı həkim, bacarıqlı səhiyyə təşkilatçısı

10:34 19-09-2022 | icon 322
Fazil Alməmmədov - İstedadlı həkim, bacarıqlı səhiyyə təşkilatçısı

Bu həkim haqqında mənə bir şhəhər sakini elə ürəklə, elə içdən-səmimi danışmışdı ki, kövrəldim. 

 Nə edək ki, getdikcə insanlar  soyuqlaşır, ədalətsizliklər durmadan artır, müəllim gül kimi körpə uşaqlara "pul dağarcığı" kimi baxır, həkim xəstəni, hakim cinayəti gəlir mənbəyi, ucuz qazanc hesab edir. Bu təkcə bizdə deyil, demək olar ki, dünyanı bürüyüb. Bəziləri hətta deyir ki, bütün bunlar "Qiyamət"in əlamətləridir...

 Amma bütün bu qaranlığın, zülmətin içində ŞAM kimi işıqlı insana rast gəlirsən. Və həyat gözlərində yenidən canlanır. Böyük filosof  Konfutsi əbəs yerə demirdi ki, zülməti  söyməkdənsə, bir ŞAM yandırın. Bəli, bircə ŞAM yandırın. 

Gözünüzün qabağına iki mənzərən gətirin. Zülmət qaranlıq otaq...adam özünü kor kimi aparırır, nə sağ var, nə sol, nə arxa, nə də ön...İndi isə həmin zülmətdə bircə barmaq boyda ŞAM yandırın...Həə..artıq  adam özünü kor kimi deyil, rahat hiss edir...sağ var, sol var, ön var...Yəni itmiş oriyentirlər bircə anda qayıdır. Bax belə barmaq boyda şam kimi insanlar da var cəmiyyətimizdə. Onlardan biri haqqında uzun-uzadı deyil, qısaca, ŞAM boyda yazmaq istəyirəm. 

Söhbət  “Nərimanov Tibb Mərkəzi” baş həkimi, Tibb üzrə fəlsəfə doktoru Fazil Alməmmədovdan  gedir. Xəstələrin dediyinə görə, Fazil həkim xəstələrin dilini çox gözəl bilir. Həqiqətən də xəstənin dilini bilmək üçün səmimi, saf olmalısan ki, xəstələr də  sənə inansın, güvənsin...

Yəqin ki, Hipokrat andı da içib Fazil həkim. Bu yazını yazarkən, Hippokrat andının yunan, latın, hətta azərbaycan variantı ilə tanış oldum, mətni-andı  diqqətlə oxudum. Bu andı bu günədək milyonlarla həkim içib...amma noolsun. Məsələ and içməkdə, hətta Quran oxumaqda deyil ee...Bir insanlıq məsələsi var. Bir müdrik demişkən, insanın ölməsi qorxulu deyil, fəlakət insanlığın ölməsidir.

Amma Fazil həkim kimi  ŞAM kimi insanlar  varkən, insanlıq ölməz. Bilirəm səhiyyəmizdəki problemlərdən  bezən oxucularımız, başını bulayıb, bir gül ilə bahar olmaz deyəcəklər. Bəli, əziz oxucular! Mən də bilirəm bir güllə bahar olmaz. Ancaq BİR GÜL  panoramanı büsbütün dəyişə bilir. Gəlin, hamımız dua edək ki, vətənimizdəki ŞAM insanların sayı daha çox olsun. 

P.S. Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi Fazil Alməmmədovun uğurlarını görmək istəmirlər. Xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışırlar. Mətbuatda gözdən salmaq üçün şantaj və iftira başlıqlı məqalələr yazırlar. Amma bunlar əsassız məlumatlardır. Əslində Fazil Alməmmədov haqqında yazılanlara təəccüblənmirik. Çünki onun gördüyü uğurlu işləri qaralayanlar hələ çox olacaq.

Qeyd edək ki, son günlər bəzi internet saytlarında “Nərimanov Tibb Mərkəzi”nin baş həkimi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da bilirik və tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından xəstəxanın kollektivi bu qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər. 

Fazil Alməmmədov haqda bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər  Mərkəzin və baş həkiminin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, Fazil həkim dövlətə və dövlətçiliyə sadiq olan bir insan olmaqla, onun fəaliyyəti bütün kollektiv tərəfindən təqdir olunur. Buranın işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır və rüşvət sindromundan yaxa qurtara bilməyən bəzi insanların şəxsi maraqlarına cavab vermir.


Digər xəbərlər

0.3646879196167