Səttar Möhbalıyev: “Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər ikili standartların hələ də mövcudluğunun təsdiqidir”

20:40 19-09-2022 | icon 1074
Səttar Möhbalıyev: “Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər ikili standartların hələ də mövcudluğunun təsdiqidir”

“ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin
Ermənistanda səsləndirdiyi fikirlər həm təəccüb, həm də təəssüf doğurur.
Təcrübəli bir siyasətçinin, həm də Nümayəndələr Palatası kimi öz ölkəsində
nüfuzlu bir qurumun rəhbərinin kimlərinsə təsiri altına düşərək reallıqdan uzaq,
qərəz dolu açıqlamalar verməsi son dərəcə təəccüblüdür. Azərbaycanla
Ermənistan arasında delimitasiya olunmamış şərti sərhəddə təcavüzkar dövlət
tərəfindən törədilən hərbi təxribatı daim sülh çağırışları ilə çıxış edən
Azərbaycanın üzərinə qoymaq, qeyri-obyektiv və birtərəfli mövqe sərgiləmək
hələ də davam edən ikili standartların təzahürüdür”.
Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ABŞ Konqresi
Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri
çərçivəsində verdiyi açıqlamaya münasibət bildirərkən deyib.
“Xanım siyasətçi məgər 30 il davam edən Ermənistanın işğalından
xəbərsiz idi?! Ortada BMT Təhlükəsizlik Şurasının qətnamələri var idi. Niyə bir
dəfə də olsun səsini çıxarmadı, bir milyondan artıq azərbaycanlı məcburi
köçkünün üzləşdiyi acınacaqlı vəziyyətlə bağlı bəyanat vermədi. Bəs dünyanın
gözü qarşısında uzun illər Azərbaycanın ərazilərini işğal altında saxlayan,
soyqırımıları törədən, sakinləri öz ata-baba yurdundan didərgin salan, şəhərləri
və kəndləri məhv edən, tarixi-mədəni və dini abidələri dağıdan, təhqir edən
terrorçu bir dövlətin hansı sözlərinə, görəsən, xanım Nensi Pelosi inanıb ki,
Azərbaycan əleyhinə belə fikirlər səsləndirir”, - Milli Məclisin deputatı deyib.

AHİK sədri qeyd edib ki, bu gün bütün dünya xəbardardır və görür ki,
Azərbaycan işğaldan azad etdiyi ərazilərdə abadlıq-quruculuq işləri aparır, uzun

illər hüquqları pozulmuş sakinlərin həmin ərazilərə qayıtması üçün əlindən
gəlini edir: “Ermənistan isə öz dəyişməz xain xislətinə uyğun olaraq prosesi
ləngitməyə çalışır, son illər Ermənistanda istehsal olunan minalarla terror
törədir, silahlı təxribatlara əl atır. Bu cür reallıqlar ortada ola-ola Ermənistanı
sülhə dəvət edən, münasibətlərin normallaşmasına çalışan, regionda davamlı
sabitliyin və təhlükəsizliyin təmini üçün səylər göstərən bir dövlətin üstünə
böhtan atmaq, ünvanına xoşagəlməz ittihamlar səsləndirmək ən azı
ədalətsizlikdir”.
S.Möhbalıyev əlavə edib ki, ABŞ Konqresinə keçiriləcək aralıq seçkiləri
öncəsi erməni lobbisini öz tərəfinə çəkmək üçün iki ölkə arasında
münasibətlərin düzəlməsinə mane olacaq, Ermənistanda revanşist dairələrin əl-
qolunu açacaq, sülh və təhlükəsizliyi təhdid edəcək belə bir qeyri-obyektiv
bəyanatın səsləndirməsi təcrübəli siyasətçiyə yaraşmaz və bunun Nensi
Pelosinin şəxsi nüfuzuna və siyasi imicinə xələl gətirəcəyi sözsüzdür.


Digər xəbərlər

0.29433798789978