Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

17:35 20-09-2022 | icon 1093
Azərbaycan Kuboku: İştirakçılar və püşkatma tarixi açıqlanıb

Futbol üzrə Azərbaycan Kubokunda 2022/2023 mövsümünün iştirakçı komandaları müəyyənləşib.

Yarışda Premyer Liqanın 10 komandası - "Qarabağ", "Neftçi", "Sabah", "Qəbələ", "Turan Tovuz", "Zirə", "Səbail", "Kəpəz", "Sumqayıt", "Şamaxı" ilə yanaşı, I Divizion təmsilçiləri “Qaradağ Lökbatan”, MOİK, “Araz Naxçıvan” və “Mingəçevir” mübarizə aparacaq.

Aşağı dəstənin digər iki klubu - "Zaqatala" və "İmişli" isə ölkə kubokunda iştirakdan imtina edib.

Azərbaycan Kubokunun püşkatma mərasimi oktyabrın 19-da AFFA-nın inzibati binasında keçiriləcək. Tədbir saat 15:00-da başlayacaq.


Digər xəbərlər

0.27988219261169