Allahyar Salayev hər zaman dövlətinə, millətinə xidmət edib

11:43 21-09-2022 | icon 161
Allahyar Salayev hər zaman dövlətinə, millətinə xidmət edib

Allahyar Salayevin Yuxarı Xanbulançay Hidroqovşağı İstismarı İdarəsinin rəisi vəzifəsində çalışması ona dövlət səviyyəsində, xüsusilə, rəhbərlik tərəfindən yüksək etimadın göstərilməsindən xəbər verir.

Uzun illər su təsərrüfatı sahəsində xidmət edən Allahyar Salayev rəhbərliyin göstərdiyi etimadı daim doğruldub, verilən istənilən vəzifə və tapşırığın öhdəsindən yüksək peşəkarlıqla gəlib. O, dövlətinə, xalqına, prezidentinə sədaqətlə bağlı olan, vəzifəsinin məsuliyyətini yüksək səviyyədə dərk edən məmurlardandır.

Öz işində sözün əsl mənasında fərqlənməyi bacarıb, pillə-pillə addımlayaraq irəliyə getməyə nail olub.

 Söz düşəndə deyir ki, kadr təyinatı birbaşa rəhbərliyin səlahiyyətində olan məsələdir.

O, hər zaman Azərbaycan dövlətinə, millətinə xidmət edib. Onun tutduğu vəzifələrə uyğun gördüyü işlər göz qarşısındadır. 

El hörməti qazanıb, çünki düz olub ilqarı, düz olub andı. Heç kəsi özündən incik salmır, eli-obası yolunda şam kimi yanır. Ömür yollarında dolub boşalsa da, həyat­da amalı yalnız halallıqdır. Elə buna görə də başıuca, alnıaçıq yaşayır. Xalqın gözündə ucalıb.

Mənalı bir ömür yaşayan, taleyini dogma elinin iqtisadi yük­sə­lişinə, mənəvi yetkinliyinə həsr edən Allahyar Salayevin əməyi həm eldə-obada, həm də dövlət tərəfindən yüksək qiymətləndirilib.

Yorulmadan çalışır, zəhmət çəkir.  Onu tanıyan kəsə bəllidir ki, Allahyar Salayev yaradıcı və qurucu şəxsdir, xarakter etibarilə sadə təbiətlidir, mehribançılığı sevən bir insandır.

Hələ gənc yaşlarında ikən halal zəhmətlə qazanmağa çalışan, dosta-tanışa qarşı etibarlılıq nümayiş etdirən, bir sözlə özündə əsl insani keyfiyyətləri cəmləşdirən bu şəxsin belə bir amallar uğrunda yorulmadan çalışması, məhz onun kamil bir şəxs olaraq formalaşmasına təsir edən əsas səbəblər olub.

O, bu gün də elə bir addımlarını atır ki, son anda hər kəsin rəğbət hissini qazana bilir. Bütün bunlardan əlavə, adı çəkilən bu şəxs əsası ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan siyasi kursa sadiq olduğunu, məhz əməli addımları ilə də sübuta yetirir. Belə ki, onun heç bir təmənna, hansısa maraq güdmədən Prezident İlham Əliyevə, dövlətimizə və dövlətçiliyimizə sadiq olması hər kəsə bəlli olan həqiqətlərdir.

O, elə bir sağlam təfəkkürə, elə bir sağlam əqidəyə sahib olan insandır ki, onu heç bir qüvvə tutduğu yolundan döndərə bilməz.

O, insanlara diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, dövlətimizə və Prezidentimizə inamı artırır!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun peşəkar olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Doğma Qarabağ torpağımız işğaldan azad ediləndə onun sevinci yerə-göyə sığmırdı:

Onun “Nəhayət ki, 30 ildən sonra Qarabağımız şərəfsiz, vandal, quldur erməni işğalçılarından təmizləndi. Bu qələbə sevincini bizə yaşadan Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevə sonsuz ehtiramımızı və minnətdarlığımızı bildiririk. Bu qələbə ulu öndərimiz Heydər Əliyev siyasətinin, onun layiqli davamçısı Prezident İlham Əliyevin qələbəsidir, ölkəmizdəki xalq-iqtidar birliyinin qələbəsidir, müzəffər Ordumuzun qələbəsidir. Bu, həm diplomatiyada, həm də ordu quruculuğundakı uğurlarımızın nəticəsidir. Müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən savaşında qızıl hərflərlə tarixi bir salnamə yazdı. Eşq olsun rəşadətli ordumuza! Eşq olsun Müzəffər Ali Baş Komandanımıza! Bu Qələbə tariximizə qızıl hərflərlə, qızıl imza ilə yazıldı və möhürləndi. İnşallah, Prezidentimizin rəhbərliyi ilə Qarabağı dirçəldəcəyik. Allah bu şərəfli və xoşbəxt günləri bizə nəsib edən müzəffər Milli Ordumuza və Müzəffər Ali Baş Komandanımıza yar və yardımçı olsun. Qəhrəman Milli Ordumuzun və Ali Baş Komandanımızın şücaəti və rəşadəti ilə Qarabağ bizə, biz də Qarabağa qovuşduq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözləri bu sevinc hisslərinin təzahürü idi.


Digər xəbərlər

0.33640289306641