"Sehrli Naftalan" - Yüksək keyfiyyət, peşəkar xidmət

12:17 23-09-2022 | icon 1106

Bu gün ölkəmizdə biznesin və turizmin inkişafına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər özəl sektorda uğurlu islahatlar aparılmış,bu sahənin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür.

Naftalan şəhərində fəaliyyət göstərən "Sehrli Naftalan" sanatoriyası da belə nümunəvi xidmət müəsəssidir.

Görülən işlər nəticəsində burada qonaqların məmnuniyyəti üçün hər cür şərait yaradılıb. Əməkdaşlar arasında əmək intizamına ciddi əməl olunur.

"Sehrli Naftalan" Naftalan şəhərindəki ən böyük sanatoriyalardan biridir. Bunun sayəsində sanatoriya dünyanın dörd bir tərəfindən qonaq qəbul edir. Bütün tibbi prosedurlar və tibbi müayinələr müalicəyə həsr olunmuş ayrı bir binada aparılır. Burada 80-dən çox növ xəstəlik müalicə olunur. Bunlar naftalan yağının digər tibbi və istirahət prosedurları ilə birlikdə müalicəsinə əsaslanır.

Bu illər ərzində yüksək ixtisaslı həkimlər əzələ-sümük sistemi, dəri xəstəlikləri, uroloji, nevrologiya və bir çox digər sağlamlıq problemlərinin müalicəsində xəstələrə kömək edir.

Hər bir bina eyni zamanda gündə üç dəfə yemək yemək üçün yeməkxana və bufet ilə təchiz olunmuşdur.

Yerli və Avropa mətbəxinin yeməklərindən, üstəlik, düzgün qidalanmaya ehtiyacı olan bəzi qonaqların qidalanmasına nəzarət edən həkim, qidalanma mütəxəssisi fəaliyyət göstərir.

Yerləşməsinə görə sanatoriyadan Naftalanın mərkəzinə və şəhər şam parkına üç dəqiqəlik məsafədə yerləşir Sanatoriyada istirahət üçün çay otağı da var - burada digər qonaqlar ilə yaxşı vaxt keçirə bilərsiniz.

Təcrübəli və mehriban kollektiv hər zaman qonaqların sağlamlıqları ilə maraqlanır. 

Lakin, təəssüf ki, bəzi xəbər saytlarında "Sehrli Naftalan" sanatoriyası ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Lakin tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. 

Burada qonaqlara göstərilən mədəni xidmət olduqca yüksək səviyyədədir. 

Bu məqalələrdə göstərilənlər sanatoriyanın və rəhbərliyinin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Yazıda göstərilənlərdən fərqli olaraq, müəssisənin fəaliyyəti də bütün həm kollektiv həm də müştərilər tərəfindən təqdir olunur. 

Buranın işgüzar nüfuzuna xələl gətirən böhtan xarakterli bu informasiyaların yayılması şəffaflığın və obyektivliyin təmin edilməsi, keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlərə kölgə salmaq məqsədini daşıyır.

Bu cür məqsədli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.


Digər xəbərlər

0.29047012329102