Azərbaycan 6 erməni hərbçinin meyitini təhvil verdi
Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil verib.
Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Bildirilib ki, meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.
-
Şuşa atəşə tutuldu, Ordumuz cavab verdi
...
-
Ermənilər narahatdır, sülhməramlılar əcnəbilərin girişinə icazə vermir
...
-
Ermənistan 10 noyabrda Bakıya raket atıb
...
-
Tehran Mənsimov Şuşa əməliyyatından danışdı
...
-
Vətən müharibəsində şəhid olanların - Yeni siyahısı
...
-
30 ildən sonra Şuşada ilk konsert proqramı
...
-
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
...
-
Nikol Paşinyanın atası ölüb
...
-
Ermənistanın təcavüzü nəticəsində ziyan çəkən mülki əhaliyə pul ödəniləcək
...
-
Rüstəm Muradov: “Hadrut ərazisindəki vəziyyət sabitləşib”
...