“Nüsrət Kəsəmənli dedi ki, gizlət göz yaşını, görməsin”

21:05 23-09-2022 | icon 1259
“Nüsrət Kəsəmənli dedi ki, gizlət göz yaşını, görməsin”

“Övladlarımı götürüb evdən çıxandan sonra həyat yoldaşım evləndi. 10 il birlikdə yaşadıq. İki övladımın atası olub. Tez evləndi”.

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Özəl” verilişində deyib.

“Mən isə evliliyi düşünmədim, iki oğul böyüdürdüm, övladlarımı düşünürdüm. Pis olurdum, ağlayırdım. Nüsrət Kəsəmənli dedi ki, ağlama, gizlət göz yaşını, görməsin. Mənim “Göz yaşımı görməyəcəksən” mahnım elə yarandı”, - deyə sənətkar əlavə edib.

Dostəliyeva, həmçinin “Nə olar Allahım, ayırma bizi” mahnısının uğurundan danışıb: “Bu gün onu kimlər oxumur ki... Oxuya bilənlər də, bilməyənlər də var. Oxuya bilməyənlərin də xətrinə dəymirəm. Bir yaddaqalan əsər yaratdığım üçün sevinirəm”. 


Digər xəbərlər

0.28722095489502