Azərbaycanda Mətbuat Şurasına yeni sədr seçildi
Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.
Bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.
Qeyd edək ki, R.Məcid bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib.
Qurultayda həmçinin, MŞ-nin 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi də seçilib. Bunlardan 14-ü jurnalist, 9-u isə ictimaiyyət nümayəndələridir.
***
Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb.
İctimaiyyət nümayəndələrindən Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zivəroğlu, Fərid Pərdəşünas, Ceyhun Musaoğlu, jurnalistlərdən isə Vüqar Rəhimzadə, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Vüsalə Mahirqızı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev İdarə Heyətinin üzvləri kimi seçilib.
-
COP29-un əhəmiyyəti ölçüyə gəlməzdir
...
-
Biz milli maraqlarımız uğrunda mübarizə aparırıq
...
-
Sabahın hava proqnozu - 31° isti
...
-
Adil Əliyev növbəti dəfə vətəndaşları qəbul etdi - Fotolar
...
-
Səttar Möhbalıyev: “Azərbaycan davamlı olaraq modernləşən və rəqabətə davamlı ölkədir”
...
-
Sabahın havası - 31° isti
...
-
Xankəndidə ilk körpə doğuldu - Fotolar
...
-
Sabah Bakıda 29° isti olacaq
...
-
Tarixi dostluq və əməkdaşlıq
...
-
Məqsədyönlü təməl əsasında
...