A.Abdullayev adına Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım günü ilə əlaqədar tədbirlər keçirilib - FOTOLAR

14:52 27-09-2022 | icon 1639
A.Abdullayev adına Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım günü ilə əlaqədar tədbirlər keçirilib - FOTOLAR

Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi A.Abdullayev adına Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə də 27 Sentyabr - Anım günü ilə əlaqədar tədbirlər keçirilib. 

Belə ki, 26.09.2022-ci il tarixində Anım Günü ilə əlaqədar məktəb rəhbərliyi, müəllimlər və 10-11-ci sinif şagirdləri Şəhidlər Xiyabanını ziyarət ediblər.

Məktəbdə 27 sentyabr Anım Gününə həsr olunmuş qabiliyyətli şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.

Məktəbin direktoru Vəfa Tağıyeva saytımıza açıqlamasında bugünün vacibliyindən danışıb. 

Direktor bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edib:

"Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.

Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.


Allah şəhidlərimizə rəhmət eləsin!"


Digər xəbərlər

0.30927991867065