A.Abdullayev adına Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə 27 Sentyabr - Anım günü ilə əlaqədar tədbirlər keçirilib - FOTOLAR
Respublikamızın bütün təhsil ocaqlarında olduğu kimi A.Abdullayev adına Ağstafa şəhər 2 nömrəli tam orta məktəbdə də 27 Sentyabr - Anım günü ilə əlaqədar tədbirlər keçirilib.
Belə ki, 26.09.2022-ci il tarixində Anım Günü ilə əlaqədar məktəb rəhbərliyi, müəllimlər və 10-11-ci sinif şagirdləri Şəhidlər Xiyabanını ziyarət ediblər.
Məktəbdə 27 sentyabr Anım Gününə həsr olunmuş qabiliyyətli şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub.
Məktəbin direktoru Vəfa Tağıyeva saytımıza açıqlamasında bugünün vacibliyindən danışıb.
Direktor bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər edib:
"Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.
Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur.
Allah şəhidlərimizə rəhmət eləsin!"
-
Azərbaycanda media azadlığı təmin edilir
...
-
Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
...
-
COP29-a ev sahibliyi həm şərəf, həm də məsuliyyət deməkdir
...
-
Ölkəmizin mövcud potensialının təzahürü
...
-
İkitərəfli münasibətlərin bəhrəsi
...
-
Strateji mahiyyəti kəsb edən əlaqələr
...
-
"Qurultay türk dövlətlərinin səhiyyə sistemində müştərək layihələrin həyata keçirilməsinə təkan verəcək" - Birinci Türk Dövlətləri Kardioloji Qurultayının sədri, professor Gülnaz Dadaşova
...
-
Nəcib insan, Bacarıqlı təhsil təşkilatçısı - Çoşqun Əliyev haqqında böhtan yazanların nəzərinə
...
-
Abşeronda akademik Zərifə Əliyevanın xatirəsi anıldı - Fotolar
...
-
Səttar Möhbalıyev: “Almaniya Azərbaycanın mühüm siyasi-iqtisadi tərəfdaşlarındandır”
...