Səttar Möhbalıyev: “Xalqımız şəhid olmuş oğul və qızlarının əziz xatirəsini daim uca tutub”

14:56 27-09-2022 | icon 1047
Səttar Möhbalıyev: “Xalqımız şəhid olmuş oğul və qızlarının əziz xatirəsini daim uca tutub”

“Azad və müstəqil yaşamaq, ərazi bötövlüyünü təcavüzkarlardan qorumaq,
işğalçılarla sona qədər mübarizə aparmaq kimi xarakteri ilə Azərbaycan xalqı
dünya tarixində dərin iz buraxıb. Bu yolda şəhid olmuş oğul və qızlarını heç
vaxt unutmamış, əziz xatirələrini uca tutmuş, adlarını daim yaşadaraq gələcək
nəsillərə əzmkarlıq, mübarizlik, mətnlik məktəbi ötürmüşdür. Ənənəsinə sadiq
qalan müdrik xalqımız 2020-ci ildə daha bir qəhrəmanlıqlarla dolu dastan yazdı.
Vətən müharibəsi tariximizin ən şərəfli səhifəsidir. Cəmi 44 günə 30 illik işğala
son qoyuldu, torpaqlarımız təcavüzkarlardan təmizləndi, ölkəmizin bütün
ərazisində dövlətimizin suveren hüquqları bərpa edildi. Bü gün üçrəngli
bayrağımız Şərqi Zəngəzurda və Qarabağda əzəmətlə dalğalanır və hər birimiz
bu mənzərəni fəxarətlə seyr edirik”.

Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.


“Dövlətimizin başçısı cənab İlham Əliyevin mahir diplomatik bacarığı, ali
rəhbər keyfiyyətləri, güclü sərkərdəlik məharəti, xalqımızın mətnliyi və
sarsılmaz birliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində Zəfər
çaldıq, düşmənə sarsıdıcı zərbə vuruldu, işğalçı ordu məhv edildi. Müharibə
başlayan ilk gündən Vətən övladları dəstə-dəstə hərbi kamissarlıqlara üz tutaraq
könüllü şəkildə cəbhəyə getmək üçün müraciətlər edirdilər. Xalqımızın hər bir
üzvü nəyin bahasına olursa-olsun yalnız qələbəyə köklənmişdi. Əsgər və
zabitlərimiz döyüşə böyük ruh yüksəkliyi ilə gedirdilər. Onların döyüş
meydanında göstərdiyi şücaət bütün dünyada gündəm oldu, Ordumuzun döyüş
bacarığı, hərbi taktikası təhlil edilir və heyrətlə qarşlanırdı. Yenilməz Ordumuz
döyüş meydanında taktiki baxımdan olsa belə, bir dəfə də geri addım atmadı,
qarşısıalnmaz şəkildə yalnız irəli hərəkət edirdi. Xəsarət almış əsgərlərimiz

döyüş meydanını tərk etmək istəmirdi, yaralı halda belə döyüşü davam
etdirirdilər. Bunu məhv edilmiş Ermənistan ordusunun canını qaçmaqla
qurtarmış fərari əsgərləri də dəfələrlə etiraf ediblər. Biz müharibədə iştirak
etmiş, Vətən uğrunda şəhid və qazi olmuş oğul və qızlarımıza hər zaman
borcluyuq. Onlar bizim torpaq həsrətindən əyilmiş qamətimizi dikəltdilər,
müzəffər etdiər, tariximizdə yeni bir qəhrəmanlıq səhifəsinin banisi oldular.
Şəhidlərimizin xidmətləri dövlətimizin tarixində əvəsizdir. Bizim müqəddəs
borcumuzdur ki, daim onları yad edək, ehtiram göstərək, xatirələrini əziz tutaq”,
- AHİK sədri bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, biz həm də şəhidlərimizin, qazilərimizin,
veteranlarımızın valideynlərini, ailə üzvlərini unuda bilmərik: “Onlar böyük
şövqlə övladlarını döyüşə yola salırdılar. Şəhid anaları, ataları, onların həyat
yoldaşları, övladları başını dik tutaraq əsl vətənpərvərlik ruhu nümayiş
etdirdilər. Şəhidlərin dəfnində valideynləri “Təki Vətən sağ olsun” deyərək
üçrəngli, ay ulduzlu bayrağımızı öpüb bağırlarına basırdılar. Bax budur Vətən
sevgisi. Bu, onu göstərir ki, Azərbaycan xalqı üçün ən ali dəyər Vətəndir.
Xalqımızın müdrikliyi, yenilməzliyi də məhz bundadır”.

S.Möhbalıyev qeyd edib ki, dövlətimiz hər zaman veteranların, qazilərin, şəhid
ailələrinin yanında olub, onlara hər cür dəstəyi göstərir: “Bu istiqamətdə
ölkəmizdə həmrəylik yaşanır. Əminliklə deyə bilərik ki, dünyada Azərbaycan
qədər şəhid ailələrinə, müharibə iştirakçılarına ən ali qiyməti verən, onlara
diqqət və qayğı göstərən dövlət yoxdur. Ölkəmizdə elə bir tədbir yoxdur ki,
orada şəhidlərimiz yad edilməsin, xidmətlərindən bəhs olunmasın. İndiyədək 10
mindən artıq şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin
edilib, həmçinin müharibə əlillərinə 7 mindən artıq minik avtomaşını verilib və
bu missiya davam etdirilir”.

Konfederasiya sədri bildirib ki, Birinci vitse-prezident, Heydər Əliyev
Fondunun rəhbəri Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə
göstərdiyi dəstək xüsusi olaraq vurğulanmalıdır: “Məhz Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə Fond tərəfindən bütün bayramlarda, digər əlamətdar
günlərdə onlara baş çəkilir, qayğıları ilə maraqlanılır, sovqatlar paylanılır.
Həmçinin qazilərimizin müalicələri təşkil edilir, onlara maddi dəstək göstərlir”.

“Yeri gəlmişkən əlavə edim ki, AHİK və onun üzv təşkilatları hər zaman
dövlətimizin və Ordumuzun yanında olub, Ali Baş Komandanın bütün
addımlarını dəstəkləyərək şanlı Ordumuza maddi və mənəvi yardım göstəriblər.
Şəhid ailələri və qazilər, həmçinin veteranlar daim diqqətimizdədir. Mütəmadi
olaraq həmkarlar ittifaqları tərəfindən onlar ziyarət olunur, qayğıları ilə
maraqlanılır, lazimi köməklik göstərilir. Nəzərinizə çatdırım ki, AHİK və üzv
təşkilatları tərəfindən Vətən müharibəsi və sonrakı dövrdə ümumilikdə 10
milyon 50 min 484 manat vəsait xərclənib. Bu nəcib ənənəni biz bundan sonra
da davam etdirəcəyik. Bir sözlə, AHİK Azərbaycan Prezidentinin tapşırıq və
tövsiyələrinə durmadan əməl edərək üzərinə düşən vəzifəni layiqincə yerinə
yetirəcək”, - AHİK sədri əlavə edib.


Digər xəbərlər

0.23959112167358