Bərdə Şəhidlər Xiyabanında 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib

20:27 27-09-2022 | icon 1484
Bərdə Şəhidlər Xiyabanında 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib

Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbirdən öncə Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzüldü, xatirəsi yad olundu, ruhlarına dualar oxundu.
Tədbir Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarları üzərinə tər güllər düzülməklə davam etdi. Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmənin toplarla və “Smerc” tipli raketlərdən zərbə endirdiyi Bərdə rayonunda da anım mərasimləri keçirilir, şəhidlərimiz Azərbaycandakı bütün dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur. Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, bu günün Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edildiyini bildirdi. Mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadığın olundu. Ordumuz bütün cəbhə boyu irəlilədi və düşmən Azərbaycan əsgərinin qarşısında diz çökdü. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilmədi. Cənab Ali Baş Komandanın güclü “Dəmir yumruq” müharibə planı və əməliyyatı, qəhrəman oğullarımızın şücaətlikləri bütün dünyaya möcüzə Qələbəni göstərdi. 44 gündə düşmənin ordusu darmadağın edildi. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atdı. Bu gün işğalçı Ermənistan Ordusuna cavab olaraq başladılan Vətən müharibəsindən iki il keçir. Qarabağda baş verən son hadisələr bir daha göstərdi ki, xalqımız, Azərbaycan ordusu ölkə Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin ətrafında vahid komandanlıq altında bir yumruq kimi birləşərək düşməni məhv etməyə daim hazırdır.  Bu qələbə bütün dünyaya  Azərbaycan xalqının döyüş əzmini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun qəhrəmanlığını göstərdi. Biz fəxr edirik ki, bu qələbənin qazanılmasında  igid Bərdə oğullarının da adı var. Biz onlarla fəxr edirik.  Müharibəyə atılanda onların bircə məqsədi var idi: torpaqlarımızı düşməndən geri almaq və  onlar buna nail oldular. Cənab Ali Baş Komandanın rəhbərliyi altında  qazandıqları əbədi və qəti QƏLƏBƏ onların ən böyük mükafatıdır. Milli Məclisin deputatı Fatma Yıldırım çıxış edərək bildirdi ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur. Ermənilərin son günlərdə Azərbaycanın səhəddindəki təxribatın qarşısının alınması zamanı Azərbaycan Ordusunun cavab zərbəsi bir daha göstərdi ki, xalqımız, Azərbaycan ordusu ölkə başçısı müzəffər Ali Baş Komandan möhtərəm İlham Əliyevin ətrafında sıx birləşmiş, qələbə bayrağını daima yüksəkdə saxlayacaqdır. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq. Tədbir rayonun  Zümürxan kəndində tikilmiş şəhidlərin xatirə kompleksinin açılışı ilə  davam etdirildi. 27 sentyabr  Anım Günü ilə bağlı rayonda ağacəkmə aksiyası keçirilmişdir.

Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Bərdə  Şəhidlər Xiyabanında  27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Digər xəbərlər

0.80420589447021