Səttar Möhbalıyev: “Prezidentimizin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real nəticələrini görürük”

11:59 29-09-2022 | icon 1252
Səttar Möhbalıyev: “Prezidentimizin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real nəticələrini görürük”

“Müdrik və qalib xalqımız Anım Günündə möhtəşəm həmrəylik nümayiş
etdirdi. Hər bir vətəndaşımız, eləcə də ölkəmizdən uzaqlarda yaşayan, qəlbi hər
zaman Vətən eşqi ilə döyünən soydaşlarımız bizi qalib xalqa çevirən, bu yolda
canından keçən qəhrəman əsgər və zabitlərimizi qürurla andı. 27 sentyabr
tarixində insanlarımız şəhidlər xiyabanlarına, şəhid məzarı olan qəbirstanlıqlara
üz tutaraq onların əziz xatirəsini ehtiramla yad etdi, ruhlarına dualar oxudu,
qəbrləri üzərinə gül dəstələri düzdü. Həmçinin şəhid ailələri ilə görüşlər təşkil
edildi, onlara mənəvi dəstək göstərildi. Bu, bir daha onu təsdiqəyir ki, ölkəmizin
ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi naminə şəhid olan oğul və qızlarımızı
xalqımız heç vaxt unutmayacaq, qəlbində və tarixində müqəddəs dəyər kimi
qoruyub saxlayacaq”.
Bu fikirləri KİV-yə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar
Möhbalıyev deyib.
Onun sözlərinə görə, 27 sentyabr tarixi həm də Zəfərə gedən yolun başlanğıcı,
milli iradənin, ləyaqətin təntənəsidir: “Məhz Azərbaycan əsgərinin Zəfər
salnaməsi, qəhrəmanlıq dolu dastanı həmin gündən yazılmağa başladı. Qeyd
edim ki, şəhidlərimiz, qazilərimiz, veteranlarımız hər zaman dövlətimizin
başçısı cənab İlham Əliyevin xüsusi diqqətindədir. Elə bir görüş, elə bir tədbir
yoxdur ki, orada Prezidentimiz əsgər və zabitlərimizin qəhrəmanlıqlarından
bəhs etməsin, şəhidlərimizi xatırlamasın. Möhtərəm Prezidentimizin Vətən
müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı
sərəncamı şəhid ruhlarına, onların doğmalarına göstərilən ali ehtiramın
təzahürüdür. Prezident Anım Günü Vətən müharibəsində ilk şəhidlər verdiyimiz

Füzuli rayonunun Qaraxanbəyli kəndinə getdi. Orada şəhidlərimizin xatirə
lövhəsini ziyarət etdi, onların rəşadətindən, şücaətindən qürurla danışaraq
müqəddəs ruhlarına ehtiram nümayiş etdirdi. Əminik ki, yenilməz Azərbaycan
Ordusunun 44 gündə göstərdiyi misili görünməmiş qəhrəmanlıqlar hər zaman
xalqımızın qəlbində yaşayacaq. Bu gün biz mütəqil ölkəyə sahibik, suveren
dövlətimiz var. Xalqımız bu nailiyyətlərə məhz qəhrəman oğul və qızlarının
danılmaz xidmətləri sayəsində imza atıb”.
“Şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edilmiş torpaqlarımızda misili
görünməmiş yenidənqurma-bərpa işləri sürətli və sistemli şəkildə davam
etməkdədir. Dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva mütəmadi olaraq Şərqi Zəngəzura və Qarabağa səfərlər
edərək görülən işlərlə yerində tanış olur. Dövətimiz sakinlərin öz ata-baba
yurduna tezliklə qayıtması üçün səylə çalışır. Bu ərazilərdə su elektrik
stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri,
avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış
kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və
aqroparklar yaradılır. Demək olar ki, bəzi işlər yekunlaşıb. Buna Şuşaya gedən
Zəfər yolunun salınmasını, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə
verilməsini, Zəngilanda Ağalı kəndinin bərpasını,  azad olunmuş bütün
ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan
yarımstansiyaların inşasını, dağ çayları üzərində elektrik stansiyalarının
tikilməsini misal çəkə bilərik. Sentyabrın 27-28-də Prezident İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti dəfə səfər etdilər, şəhərdə inşa
olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan
tikinti işləri ilə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə
kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa
şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış

oldular. Həmçinin dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət
Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında
görüləcək əsaslı təmir işləri barədə də məlumat verildi. Bu, onu göstərir ki,
görülən işlərə Prezidentimiz şəxsən nəzarət edir. Bir sözlə, biz müzəfər Ali Baş
Komandanın “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin real nəticələrini
görürük”, - Milli Məclisin deputatı vurğulayıb.


Digər xəbərlər

0.2460310459137