Şamaxıda şəhidin xatirəsinə bulaq inşa edildi - Fotolar

13:10 29-09-2022 | icon 998
Şamaxıda şəhidin xatirəsinə bulaq inşa edildi - Fotolar

Şamaxı rayonunun Ovçulu kəndində 44 günlük Vətən müharibəsində şəhid olmuş kapitan Niyət Şirəliyevin xatirəsinə həsr olunmuş bulaq kompleksinin açılışı olub.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Çıxışlarda şəhidin şərəfli həyat yolu barədə danışılıb, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Prezident İlham Əliyevin rəhbərliyi ilə işğalçı Ermənistan ordusu üzərində qazanılmış qələbənin tarixi əhəmiyyətindən bəhs olunub.

Vurğulanıb ki, Niyət və onun kimi şəhid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.

 

 






Digər xəbərlər

0.30448007583618