Utanın cənablar, UTANIN...! - Sevda Rəhimova haqqında böhtan yazanların  nəzərinə

14:44 29-09-2022 | icon 802
Utanın cənablar, UTANIN...! - Sevda Rəhimova haqqında böhtan yazanların  nəzərinə

"Gücünü arvadlara göstərirsən, səni kişi bilirdim"

Məhşur "Axırıncı aşırım" filmindən olan bu sözlər yəqin ki, çoxunuza tanışdı. 

Təəssüf ki, dövrümüzdə, xüsusən bəzi mətbuat nümayəndələri arasında kimlərəsə maşa olan "Qəmlo"ların sayı da getdikcə artır. 

Bu tendensiya son günlər özünü bəzi KİV-lərdə daha çox göstərməyə başlayıb.

Belə ki, bəzi xəbər saytlarında  bir xanımla bağlı son dərəcə qərəzli bir munasibətin nəticəsi olduğu açıq-aydın gorünən, heç bir konkret faktın yer almadığı və şəxsiyyətin təhqir olunmasına xidmət edən yazılar dərhal diqqətimi çəkdiyi üçün bu tip yazılarla iyrənc bir oyunun iştirakçısına çevrilənlər barədə nə fikirləşdiyimi yazmağa ehtiyac duydum. 

Yazılarda adı hallanan şəxsin keçdiyi həyat yolu, əmək fəaliyyəti, onun şəxsi keyfiyyətləri ilə bağlı araşdırma aparmaq, onu geniş oxucu kutləsinə tanıtdırmaq istəyirəm. Çunki ortaya belə bir sual çıxır: Doğrudanmı cəmiyyətdə, çalışdığı kollektivdə dərin hörmətə malik olan bir insan haqqında əsassız şayələr yaymağa çalışırlar?


Əvvəlcə bu sahədə tanıdığım bir neçə nəfərlə göruşub onun barəsində soruşdum və internet vasitəsilə ətraflı məlumat topladım. Aydın oldu ki, hər şeyi olduğu kimi cəmiyyətə təqdim etməyə dəyər:

Sevda Rəhimova – Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin direktoru

Bəri başdan deyim ki, mən eşitdiklərimə deyil, gördüklərimə inananam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə internetdə haqqında son ildə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki, yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da, bir məna var, kimlərsə Sevda xanımın və uğurlarını istəmir, kimlərsə onun haqqında mənfi rəy formalaşdırmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlarda jurnalistlər alət edilir.

Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün ictimaiyyətin gözündən salmaq məqsədi ilə şər-böhtan xarakterli yazılardan istifadə edirlər.

 Qeyd edim ki, bu gün ölkəmizdə incəsənətə və təhsilə verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı təhsilimizin və mədəniyyətimizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər təhsil sistemində uğurlu islahatlar aparılmış, təhsil ocaqlarının maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmış, təchizat və kadr hazırlığı ilə bağlı mühüm işlər görülmüşdür. Sevda Rəhimovanın rəhbərlik etdiyi Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbi də belə nümunəvi təhsil müəsəssidir.

Burada verilən keyfiyyətli təhsil də buna bariz nümunədir.

Qeyd edək ki, Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbinin fəaliyyəti 1937-ci ildən başlanmışdır.

1992-ci il 19 avqust tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 7 sentyabr 1992-ci il 198 №-li sərəncamına əsasən 6 saylı Uşaq musiqi məktəbinə Azərbaycan Respublikasının xalq artisti, görkəmli tarzən Əhməd Ağa Məmməd Rza oğlu Bakıxanovun adı verilib.

Musiqi məktəbinin yerləşdiyi bina XX əsrin əvvəllərində «İslamiyyə» adlı mehmanxana olmuşdur. Üzeyir Hacıbəyovun ev-muzeyindən alınmış sənədə əsasən dahi bəstəkar bir müddət burada yaşayıb yaratmışdır. Şərqin ilk operası olan «Leyli və Məcnun»u məhs burada yazmış, onun səhnə quruluşunu hazırlamışdır.

Hal hazırda məktəbə rəhbərlik edən Sevda Rəhimova burada ilk olaraq sağlam mühit yaradıb. Əmək intizamına ciddi əməl olunur.

Görülən işlər nəticəsində burada şagirdlərin yüksək təhsil alması, pedoqoji kollektivin fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Məktəb kadr potensialına, təlim-tərbiyənin səviyyəsinə görə respublikanın qabaqcıl kollektivlərindən birinə çevrilib. Burada verilən keyfiyyətli təhsil də buna bariz nümunədir.

 Sevda xanım hər gün kollektivlə təmasda olur, onların problemlərinə həssas, qayğı ilə yanaşır.

Məktəbdə müəllim heyəti və şagirdlər arasında nizam- intizam da olduqca yüksək səviyyədədir.

Sevda Rəhimova işlədiyi bu illər ərzində diqqətli və səriştəli pedaqoq kimi tanınmışdır.

Sevda xanımın çalışdığı sahədə verdiyi töhfələr də respublika ictimaiyyətinə yaxşı bəllidir.  

Təəssüf ki, bəziləri, xüsusən də mətbuatda olanların bir qismi onun uğurunu görmək istəmir, öz xülyalarını həqiqət kimi qəbul etdirməyə çalışır, cəmiyyətdə gözdən salmaq üçün şər və böhtan dolu yazılar belə yazmaqdan çəkinmirlər. Amma... Unutmasınlar ki, Sevda Rəhimovanıın rəhbəri olduğu qurumun kollektivi də, valideynlər də onu sizdən daha yaxşı tanıyır.

Burada müəllimlər və valideynlər arasında nizam- intizam olduqca yüksək səviyyədədir. Halbuki, bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar.

Qeyd edək ki, son günlər bəzi internet saytlarında Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Məlumatların hardan qaynaqlandığını da deyə bilərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından məktəbin kollektivi və valideynlər qəbulolunmaz məqalələri nifrətlə qarşılayır və öz iradlarını bildirirlər.

Bir daha qeyd edirik ki,son vaxtlar bəzi saytlarda Əhməd Bakıxanov adına 6 saylı Uşaq musiqi məktəbi haqqında bu böhtan xarakterli yazılar bizdə yalnız təəssüf doğurur. Bu məqalələrdə göstərilənlər məktəbin və direktorunun işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır.

Xüsusi olaraq qeyd edək ki,belə tənqidi açıqlamalar dərc edən mətbu orqanların əməkdaşları, məqaləni dərc etməzdən öncə hər hansı araşdırmalar aparmırlar. Belə olan halda isə bu onu sübut edir ki, qeyd olunan “məqalələri” dərc edən KİV nümayəndələrinin araşdırma aparmaq qabiliyyətləri yoxdur. Əgər hansısa qabiliyyətləri olsaydı, o halda yəqin ki, fərqli addımlarını atardılar.

Maraqlıdır ki, məktəb barəsində hansısa media qurumunun dərc etdiyi köhnə açıqlamanı, bir neçə gündən sonra başqa bir media qurumu təkrar dərc edir. Bu da ortada birbaşa qərəzli yanaşmanın varlığını sübuta yetirir. Əslində bu cür sifarişli məqalələrin dərci, könül bunlandırmaqdan başqa bir şey olmur. Belə bir addımların atılması, tənqidi məqalələri dərc edən şəxslərin savadsızlığını və söz ehtiyatının kasad olduğunu, hətta heç bir elmi biliyə malik olmadıqlarını ortaya qoymuş olur.

Əyri prizmadan yazılan məqsədli fikirlər isə ancaq yazana və yazdırana ziyan gətirəcək.

Sevda Rəhimovanın dövlətimizə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Siz isə, cənablar, UTANIN...!


Digər xəbərlər

0.42101287841797