Prezident İlham Əliyevin uğurlu enerji siyasəti 

23:41 04-10-2022 | icon 1300
Prezident İlham Əliyevin uğurlu enerji siyasəti 

Ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi mövqelərini daha da gücləndirir. Bu isə bütövlükdə Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli dərəcədə artmasını şərtləndirən amillərdən biridir.

       Prezident İlham Əliyevin uğurlu enerji siyasəti ölkəmizi regionda böyük enerji mərkəzinə çevrib. Demək olar ki, bu sahədə Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı durmadan artır və Azərbaycan qazının Avropa bazarında satış dairəsi genişlənir: Cənub Qaz Dəhlizinin ötürülmə qabiliyyəti 31, 5 milyard kubmetrə qədər yüksələcək və bu da imkan verəcək ki, Azərbaycan regionun, bütövlükdə Avropanın enerji təhlükəsizliyinə xüsusi töhfə versin. Azərbaycanın enerji siyasəti regionda sülhə, təhlükəsizliyə, əmin amanlığa, əhalinin yüksək rifahının təmin olunmasına xidmət edir. Bu siyasət gələcəkdə də davam edəcək. Bu, bir daha göstərir ki, Azərbaycan böyük neft və qaz yataqlarına malik olmaqla yanaşı, elektrik enerjisi ixracı sahəsində də öz sözünü deyir.

       Oktyabrın 1-də Bolqarıstanın paytaxtı Sofiya şəhərində dövlətimizin başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı baş tutan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru Azərbaycan təbii qazını Bolqarıstana çatdıracaq və bu ölkənin tələbatının 25-30 faizini ödəyəcək. Yunanıstan-Bolqarıstan interkonnektoru 2022-ci ilin iyul ayından istifadəyə verilib ki, bu da Azərbaycandan Bolqarıstana qaz tədarükünü artırmağa imkan verir.

       Getdikcə iştirakçı dövlətlərin Azərbaycan haqqında olan fikirləri müsbət istiqamətdə inkişaf edir. Çünki Azərbaycan bir daha sübut etdi ki, bu beynəlxalq layihələrdə ciddi tərəfdaşdır. Gələcəkdə belə proseslərdən öz xeyrinə kiminsə istifadəsi üçün siyasi məsələrdə bu iştirak etmir. Azərbaycan öz verdiyi sözə və bağladığı müqaviləyə sona kimi sadiqdir.

        Aydın görünür ki, yeni reallıqlar fonunda Azərbaycan qazına tələbat durmadan artır və ölkəmiz Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya və İtaliya kimi ölkələrin qaz təchizatında önəmli rol oynayır və bu sıraya artıq Bolqarıstan da daxil oldu. Bolqarıstan Prezidenti cənab Rumen Radev mətbuata bəyanatında açıqladı ki, Rumıniya, Macarıstan və Slovakiya əlavə qaz həcmini almaq və nəql etmək istəyindədirlər. Bu, onu göstərir ki, Mərkəzi, Qərbi və Cənubi Avropa ölkələri üzləşdikləri enerji böhranından xilas yolunu bu sahədə Azərbaycanla əməkdaşlıqda görürlər. Dövlətimiz atdığı hər bir imzasına hörmətlə yanaşıb, enerji ixracına başladığı gündən indiyə kimi təchizatda heç bir gecikmə olmayıb, müqavilə şərtləri dəyişməyib, bir sözlə, Azərbaycan öz öhdəliklərinə sadiqlik nümayiş etdirərək vəzifələrini vicdanla icra edib. Ölkəmizin etbarlı tərəfdaş olduğu hər zaman təqdir olunur və təbii ki, əməkdaşlıqda bu məsələ son dərəcə vacib amildir.

Abdul Rzayev,

 Cəlilabad şəhər 9 saylı tam orta məktəbin direktoru


Digər xəbərlər

0.27370285987854