Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib

10:13 05-10-2022 | icon 1271
Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib.


Təbrikdə deyilir:


“Mənalı ömrünü xalqımızın parlaq gələcəyinə həsr edən müqəddəs peşənin
sahibləri, əziz müəllimlər!
Sizi öz adımdan, həmçinin Azərbaycan həmkarlar ittifaqları adından 5 Oktyabr -
Beynəlxalq Müəllimlər Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə
möhkəm cansağlığı, xoşbəxt və firavan həyat, məsuliyyətlə çalışdığınız şərəfli
fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.
Hörmətli müəllimlər, Siz cəmiyyətimizin və dövlətimizin maraqlarından çıxış
edərək öz peşə fəaliyyətinizi yüksək keyfiyyətlə və səmərəli şəkildə yerinə yetirir,
bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi göstərirsiniz.
Peşəkar fəaliyyətiniz və şəxsi davranışlarınızla hər zaman cəmiyyətimizin təhsilə,
təhsil işçilərinə inamını artırır və bu peşənin nüfuzunu yüksəldir, müəllim adını,
şərəf və ləyaqətini daim uca tutursunuz. Gənclərimizin milli vətənpərvərlik
ruhunda tərbiyə almasında, müasir elmi biliklərə yiyələnməsində, onların
cəmiyyətimiz və dövlətimiz üçün faydalı, sağlam əhval-ruhiyyədə yetişməsində
Sizin əməyiniz danılmazdır.
Təhsil sahəsinin inkişafı, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması,
cəmiyyətdə müəllimin nüfuzunun daha da artırılması daim dövlət siyasətinin
mühüm istiqamətlərindən biri olub. “Mən yer üzündə müəllimdən yüksək ad
tanımıram” deyən Ulu Öndər Heydər Əliyev hər zaman müəllimlərin əməyini
yüksək qiymətləndirib, onlara böyük hörmət və qayğı ilə yanaşıb. Dövlətimizin
başçısı cənab İlham Əliyev mütəmadi olaraq müəllimlərin əməkhaqqının
artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi ilə bağlı
sərəncamlar verir, ölkəmizdə elm və təhsilin inkişafı, təhsil işçilərinin sosial
müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görür. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan genişmiqyaslı
proqram və layihələrin sırasında ölkəmizin təhsil sisteminin inkişafı,
modernləşdirilməsi, dünya təhsil sisteminə inteqrasiyası əhəmiyyətli yer tutur.
Əziz müəllimlər, hörmətli təhsil işçiləri, bir daha Sizi bu əlamətdar gün
münasibətilə təbrik edir, sağlam və təhlükəsiz əmək, normal iş şəraiti, mənalı və
şərəfli fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram”.


Digər xəbərlər

0.23083996772766