Müştərinin girov saxlanılması ilə bağlı - "Sapfir" restoranından açıqlama

18:16 06-10-2022 | icon 1233
Müştərinin girov saxlanılması ilə bağlı -

Bir neçə gün əvvəl bəzi xəbər saytlarında Bakıda fəaliyyət göstərən “Sapfir” restoranda guya ki, müştərinin səhərə kimi girov saxlanılması və borcunu tam ödəməyincə buraxılmaması ilə bağlı xəbərlər dərc edilib.

X.Hüseynova adlı vətəndaşın şikayəti əsasında dərc olunmuş yazıların nə dərəcədə həqiqətəuyğun olub olmamasını dəqiqləşdirmək üçün adıçəkilən restoranla əlaqə saxladıq. 

Restoran inzibatçısı Fuad Səfərov "Azeripress"-ə açıqlamasında məsələdən xəbərdar olduğunu, lakin həmin xəbərin həqiqəti əks etdirmədiyini və şantaj xarakterli olduğunu bildirdi:

"Restoranımız paytaxtmızın ən sakit,mədəni və keyifyyətli xidmət göstərən məkanlarından biridir. Müştəri məmnuniyyəti üçün cür şərait yaradılıb. İlk dəfədir ki, adımız bu cür çirkin iftirada hallanır.

İlk öncə qeyd edim ki, şikayətdə göstəriləndən fərqli olaraq, "Sapfir" rəhbərliyi heç vaxt müştərilərlə birbaşa təmasda olmur. Bunun üçün bir neçə inzibatçı və digər əməkdaşlar var ki, onlar müştəriləri qəbul edir. Onlar vasitəsilə menyu və.s məsələlər həll olunur. Yazıda adı keçən şəxslərin bu məsələlərə bağlı heç bir aidiyyatı yoxdur. Bəri başdan deyim ki, həmin şəxslərin adının çəkilməsi artıq bizə qarşı qərəzin olmasından xəbər verir. 

O ki, qaldı olaya. Bəli, göstərilən tarixdə şikayətçi xanım burada özünə ad günü keçirtmək üçün 5 gün öncədən bizə müraciət edib. 30 nəfər qonağının olacağını bildirib. Onun istəyi ilə menyu tərtib olunub. Əlavə olaraq sifarişlə DJ, rəqqasə və xüsusi dekorun olmasını istəyib. 

Ad günü olan tarixdə tərəfimizdən bütün hazırlıqlar yüksək səviyyədə hazır olub. Xanımın qonaqlarının rahatlığı üçün bütün şərait yaradılıb. 

Məclisin gedişində bizə məlum oldu ki, xanımın qonaqlarının bir neçəsi ziyafətdə iştirak etmir. Yəni, 30 nəfərlik menyu danışılsa da, qonaqların az olduğunu görüb xanıma əlavə xərc olmasın deyə elə qonaq sayına uyğun da təamlar təqdim etmişik. Belədə 1500 manat civarında olmalı olan hesabı 800 manata qədər endirmişik. 

Çox gözəl, şən məclis keçib. Xanım qonaqları (əksəri bəylər) ilə əylənib, kifayət qədər spirtli içki qəbul edib və sonda hesabı ödəmədən, bizə heç bir məlumat vermədən avtomobilinə əyləşərək məkanı tərk etmək istəyib. Xatırladım ki, nəinki restoranın hesabı, əlavə sifarişlə dəvət olunmuş DJ və rəqqasənin də ödənişi olunmamışdı. 

Belə olan halda isə təbii ki, əməkdaşlarımız xanımdan hesabı ödəməsini xahiş ediblər. Bu zaman məlum olub ki, xanımın ümumiyyətlə hesabı ödəmək fikrində deyil. Ona hesabın ödənməli olduğunu bildirsək də, spirtli içkinin təsiri altında olan xanım onunla çox nəzakətlə danışan və vəziyyəti izah etməyə çalışan ofisiantlarımızı təhqir edib. Xanıma yaraşmayan tərzdə nalayiq ifadələr işlədib. Hesabı ödəməkdən boyun qaçırdıb. Onunla az müddət ərzində etdiyimiz söhbətlərdən sonra bank hesabında pulunun olduğunu deyərək oradan ödənişi post-terminal vasitəsilə edib və gedib. Heç bir girov saxlama və ya xanıma qarşı hansısa digər üsullarla təzyiq ümumiyyətlə olmayıb. Əksinə, xanım və yanında olan iki bəy hesabı ödədikdən sonra da bizi təhqir ediblər. Hədə qorxu gəliblər. Hətta bəylərdən biri özünü blogger- jurnalist kimi təqdim edərək "Sizin başınıza oyun açacağam" deyərək açıq şantaj edib. Bütün bunlarla bağlı da aidiyyatı üzrə 24-cü polis bölməsinə məlumat vermişik. Hazırda məsələ həmin polis bölməsi tərəfindən araşdırılır və əminik ki, bizi təhqir və təhdid edənlər qısa müddətdə cəzalanaclar. 

Xüsusi qeyd edim ki, özümüz də xanım barədə maraqlanmışıq və məlum olub ki, həmin xanım və yanındakı bəylər bu formada bir neçə restoranda müxtəlif məclislər keçirdərək hesabı ödəməkdən yayınırlar. Bir növ fırıldaqçılıqla məşğuldurlar. İstəkləri baş tutmayanda isə bu cür şantaj yolları ilə sahibkarlara hədə-qorxu gəlirlər."

 

Redaksiyadan: Dəyərli həmkarlar, sizdən də bir həmkar olaraq xahiş edərdik ki, bu cür əsassız şikayətləri birtərəfli dərc etməzdən öncə KİV haqqında qanunu və jurnalist etikasını da nəzərə alıb qarşı tərəfin də mövqeyini öyrənəsiniz. Belə olarsa mətbuatımız daha hörmətli olar. 


Digər xəbərlər

0.24624991416931