Bünyad Qasımov: "Hər bir uşağın gələcəkdə layiqli vətəndaş kimi yetişməsində təhsil kimi idman da önəmli yer tutmalıdır"

14:40 08-10-2022 | icon 2859
Bünyad Qasımov:

Oktyabrın 8-də Bakı kəndləri arasında futbol turnirinin açılış mərasimi olub.

Gənclər və İdman Nazirliyi və Bakı Abadlıq Xidmətinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilən yarışlarda 32 kənd və qəsəbənin uşaq futbol komandası mübarizə aparacaq.

Açılış mərasimində Gənclər və İdman naziri Fərid Qayıbov, Müdafiə Sənayesi naziri Mədət Quliyev, Millət Vəkili, AFFA İcraiyyə Komitəsinin üzvü Rauf Əliyev, Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımov, "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov, futbol üzrə Azərbaycan milli komandasının üzvləri Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Azər Salahlı və Elvin Camalov iştirak ediblər.

Bakı Abadlıq Xidmətinin rəhbəri Bünyad Qasımov "Azeripress"-ə açıqlamasında təşkilatçılıq üçün Gənclər və İdman Nazirliyinə minnətdarlıq edib. 

Uşaqların inkişafı baxımından bu cür turnirlərin keçirilməsinin vacibliyini vurğulayan Bünyad Qasımov bildirib ki, hər bir dövlətin, cəmiyyətin gələcəyini indiki uşaqlar və gənclər müəyyən edir. Bu mənada gənc nəslin düzgün tərbiyəsi, fiziki və mənəvi inkişafı, savadlı vətəndaş kimi böyüməsi və digər vacib amillər onların gələcəkdə cəmiyyətə inteqrasiyasında önəmli rol oynayır. Müstəqillik qazandığı ilk gündən dövlətimiz bu sahəyə xüsusi diqqət və qayğı göstərir. Son illər bu diqqət və qayğı daha da artıb. Yeni məktəblərin tikintisi və təmiri, idman infrastrukturunun yenilənməsi, stadionların və olimpiya komplekslərinin inşası və s. buna sübutdur. Əlbəttə hər bir uşağın və gəncin gələcəkdə layiqli vətəndaş kimi yetişməsində onun mənəvi və fiziki tərbiyəsi ilə yanaşı təhsil də önəmli yer tutur. Digər tərəfdən bunlar bir-biri ilə mütləq uzlaşmalıdır.

Qeyd edək ki, yarışlara 2010-2011-ci il təvəllüdlü 350-dən çox uşaq cəlb olunub və onların hər birinə Bakı Abadlıq Xidməti  “İSMA bikes Azərbaycan” şirkəti velosiped hədiyyə edib.

Xatırladaq ki, Bakı Abadlıq Xidməti (Baku Maintenance Service) 2008-ci ildən öz sahəsində ən yaxşı yaşıllaşdırma, abadlaşdırma, əraziyə qulluq, fasadların təmiri və parkların tikintisi xidmətlərini təqdim edir. Şirkət həmçinin, ərazinin təmizlənməsi, binanın fasadının yuyulması və s. təmizlik xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb. Şirkətin peşəkar və məsuliyyətli menecerlər və bağbanlar komandası müştərilərə xidmət göstərmək üçün öz bilik, təcrübə və qabaqcıl texnologiyalardan istifadə edir.

Bakı Abadlıq Xidməti öz layihələrini sabit keyfiyyətlə həyata keçirir.

 


Digər xəbərlər

0.27942991256714