“Qarabağ” “Qəbələ”yə qalib gəldi

20:42 09-10-2022 | icon 1096
“Qarabağ” “Qəbələ”yə qalib gəldi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulacaq.

Turun mərkəzi matçında “Qəbələ” “Qarabağ”ı qəbul edib.

 

Oyunun taleyini bir qol həll edib.

Filip Ozobiçin 58-ci dəqiqədə vurduğu qol Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb  - 1:0.

Son oyun isə “Sabah”la “Kəpəz” arasında baş tutacaq.

Daha öncə “Zirə” “Şamaxı”ya, “Səbail” “Sumqayıt”a eyni hesabla (1:0) qalib gəlib. “Neftçi”nin “Turan Tovuz”la ev oyununda isə qapılara qol vurulmayıb.

Azərbaycan Premyer Liqası

IX tur

9 oktyabr

“Qəbələ” – “Qarabağ” 0:1

Qol: F.Ozobiç, 58.

Qırmızı vərəqə: İ.Qırtımov, 43.

Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli.

Qəbələ şəhər stadionu, 17:00.


Digər xəbərlər

0.23928999900818