Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

22:03 11-10-2022 | icon 1295
Azərbaycanın futzal yığması səfərdə Yunanıstanı darmadağın edib

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupun 2-ci turunda Yunanıstanın qonağı olub. Afinadakı qarşılaşma Azərbaycan yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 2-ci dəqiqədə Rafael Vilela, 5 və 16-cı dəqiqələrdə, Xətayi Bağırov, 18 və 25-ci dəqiqələrdə Qallo, 37-ci dəqiqədə Tyaqo Bolinya və 40-cı dəqiqədə Conatas Felipe vurublar.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran milli komanda vahid lider olub. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Qeyd edək ki, Azərbaycan ötən tur evdə Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.


Digər xəbərlər

0.26245498657227