Mətbuat Şurası məruzəçi təyin edir
Məlum olduğu kimi, AŞPA-da Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı yeni məruzəçi təyin edilib. Oktyabrın 11-də AŞPA-nın Hüquq məsələləri və İnsan Hüquqları Komitəsində Azərbaycanda jurnalistlərin və hüquq müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər mövzusu müzakirə edilib. Komitə məsələni araşdırmaq və hesabat hazırlamağı britaniyalı deputat Hanna Bardellə tapşırıb.
Bununla bağlı Mətbuat Şurasının İdarə Heyətinin sədri Rəşad Məcid açıqlama verərək təmsil etdiyi qurumun İdarə Heyətinin üzvləri arasından paralel məruzəçi təyin ediləcəyini bildirib:
“Avropa Şurası Parlament Assambleyasının Hüquq Komitəsi Hanna Bardell adlı məruzəçi təyin edib və ona Azərbaycanda iki il müddətində jurnalistlərin təhlükəsizliyi və hüquq müdafiəçilərinin təhlükəsizliyi ilə bağlı məruzə hazırlamaq tapşırılıb. Bizim Avropa Şurası ilə əvvəlki təcrübələrdən görünür ki, çox vaxt bu məruzəçilər Azərbaycana qarşı birtərəfli yanaşırlar, ikili standartlar sərgiləyirlər. Jurnalistlərlə bağlı Azərbaycanın özündə də müxtəlif qurumlar var və Mətbuat Şurası da jurnalistlərlə bağlı problemlərə həmişə münasibət bildirib. Mətbuat Şurasının İdarə Heyətinin üzvləri içərisində də bu problemləri yaxşı bilən üzvlər var. Məncə, biz növbəti İdarə Heyətinin iclasında bu məsələni müzakirə edəcəyik. Adətən, bu məruzəçilər gələndə müxtəlif jurnalist təşkilatları, qruplarla görüşürlər. Mətbuat Şurası ilə də görüşəcəklər. Şuranın İdarə Heyətinin bir üzvünü təyin edəcəyik ki, bu məsələlər barədə məlumatlı olsun, araşdırsın. Paralel məruzəçi kimi jurnalistlərlə bağlı hansısa məsələlərdə obyektiv məlumatları məruzəçi ilə də, ictimaiyyətlə də bölüşək. Ona görə də biz İdarə Heyətinin növbəti iclasında bu məsələni müzakirə eləməyi planlaşdırırıq”.
-
Səttar Möhbalıyev: “Dörd kəndin geri qaytarılması Prezidentimizin növbəti qələbəsidir”
...
-
Şənbə günü 30° isti olacaq
...
-
Respublika Pediatriya Mərkəzi yaradıldı - Direktor o oldu+Fotolar
...
-
Sabah 30° isti olacaq
...
-
Bakıda bu yol 3 gün bağlı olacaq
...
-
Səttar Möhbalıyev: “Su ehtiyatlarından daha səmərəli istifadə olunması istiqamətində ölkəmizdə mühüm işlər görülür”
...
-
Adıgözəl Məmmədovun: "Tədqiqatlarımı oğurlayıb, pul qazanan, elmi dərəcə alanlar var"
...
-
Sabaha 28° isti proqnozlaşdırılır
...
-
Leyla Əliyevanın iştirakı ilə növbəti “Bizim Həyət” sakinlərin istifadəsinə verildi - Fotolar
...
-
Davamlı inkişafın göstəriciləri
...