Azərbaycan həm Qərb, həm də Şərq üçün böyük əhəmiyyət kəsb edən ölkədir

10:43 14-10-2022 | icon 1201
Azərbaycan həm Qərb, həm də Şərq üçün böyük əhəmiyyət kəsb edən ölkədir

Azərbaycan və Qırğızıstan arasındakı əlaqələr bizim milli köklərimizə, mənəvi dəyərlərimizə,
dinimizə, dilimizə, mədəniyyətimizə bağlı tarixi münasibətlərdir. Bu əlaqələrin inkişafında ulu öndər
Heydər Əliyevin böyük xidmətləri olub. Prezident İlham Əliyevin Qırğızıstana səfəri zamanı imzalanan
sənədlər olduqca böyük əhəmiyyət daşıyır. İlk növbədə, hər iki ölkənin prezidentinin iştirakı ilə Birinci
Dövlətlərarası Şuranın keçirilməsi, qərarların qəbulu olduqca əhəmiyyətlidir. Qırğızıstan ilə
Azərbaycan arasında iqtisadi əlaqələr arzu edilən səviyyədə deyil, lakin iki ölkə arasında Birgə
İnvestisiya Fondunun yaradılması bu sahənin inkişafına böyük töhfə verəcək. Eyni zamanda,
“Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye
Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unun imzalanması ölkələrimiz
arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək. Həmçinin Bişkekdə Qırğızıstan-
Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına 103 saylı məktəbin, Heydər Əliyev adına Məktəb-
Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin
yüksək səviyyəsindən xəbər verir.
“Bundan əvvəl oktyabrın 6-da Prezidentin Çexiyanın paytaxtı Praqaya səfəri, Avropa İttifaqı
Şurasının təşkil etdiyi tədbirə qatılması, orada görüşlər keçirməsi, dördtərəfli Bəyanatın qəbul
edilməsi Prezident İlham Əliyevin diplomatik uğurudur. Məhz 30 illik münaqişə dövründə ilk dəfə
olaraq Ermənistan bu Bəyanatla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanımış oldu.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, bütövlükdə Prezident İlham Əliyevin istər Çexiya, istər
Qırğızıstan, istərsə də Özbəkistan səfərləri bir daha onu göstərir ki, dövlətimizin başçısı təkcə öz
bölgəmizdə deyil, dünyada sülhün əməkdaşlığın, tərəqqinin yeni müstəviyə qalxması üçün öz
töhfələrini verir.
Azərbaycan həm Qərb, həm də Şərq üçün böyük əhəmiyyət kəsb edən ölkədir. Prezident
İlham Əliyevin Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısından sonra Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısına qatılması bunu bir daha
təsdiqləyir. Ümumiyyətlə, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynayan Azərbaycan Türk
Dövlətləri Təşkilatının da bu istiqamətdə rolunun artırılmasına xüsusi töhfə verir. Prezident İlham
Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində imzalanan müqavilələr və keçirilən bir sıra tədbirlər bu
mənada mühüm əhəmiyyət daşıyır. İki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən Birinci Dövlətlərarası
Şuranın iclası da strateji tərəfdaşlığın genişləndirilməsinin və möhkəmləndirilməsinin göstəricisidir.
Tərəflər 100 milyon dollarlıq qarşılıqlı ticarət dövriyyəsini daha da artırmaqda maraqlıdır. Qırğızıstan-
Azərbaycan İnkişaf Fondunun yaradılması bu baxımdan geniş perspektivlər açır. Azərbaycan etibarlı
sərmayə ixracatçısı kimi Qırğızıstan üçün cəlbedici tərəfdaşdır
“Prezident İlham Əliyevin Qırğızıstandan sonra Qazaxıstana səfəri, bu ölkədə keçirilən
toplantıda iştirakı Azərbaycanın türkdilli ölkələrin, xalqların birliyinə töhfəsinin davamıdır.
Ümumiyyətlə, Azərbaycanın türkdilli ölkələr arasında əlaqələrin möhkəmlənməsində rolu xüsusilə
seçilir. Bu gün Türk Dövlətləri Təşkilatının ölkələri arasında sıx və səmərəli əməkdaşlıq daha da
möhkəmlənib. Bu, yalnız iqtisadi, nəqliyyat-kommunikasiya, enerji sahələrində deyil, bütün
istiqamətlərdə, o cümlədən təhlükəsizlik, siyasi dialoqun inkişaf etdirilməsində də özünü göstərir.
Görünən odur ki, Azərbaycanın istər Xəzər-Atlantik okeanı akvatoriyası üzrə Qərb istiqamətində,
istərsə də Xəzər-Sakit okean-Hind okeanı akvatoriyası üzrə Asiya istiqamətində əhəmiyyəti daha da
artır. Bu isə Azərbaycanın müasir dövrün reallıqları çərçivəsində Qərblə Şərq arasında körpü
statusunun daha da möhkəmlənməsi deməkdir.
Həsənova Zərxanim
Saatlı rayon Orta Muğan kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi


Digər xəbərlər

0.26617503166199