Media Reyestri fəaliyyətə başladı - Video

15:05 14-10-2022 | icon 1467
Media Reyestri fəaliyyətə başladı - Video

Media Reyestri İnformasiya Sisteminin proqram təminatının formalaşdırılması prosesi də uğurla başa çatıb və 14 oktyabr 2022-ci il tarixindən etibarən Reyestr fəaliyyətə başlayıb.

Media subyektləri və jurnalistlər Media Reyestri İnformasiya Sisteminə reyestr.media.gov.az portalı üzərindən “ASAN Login” vasitəsilə daxil olaraq, müraciətlərini formalaşdıra bilərlər.

Bununla yanaşı, Media Reyestrinin informativ veb-səhifəsinin “Tez-tez verilən suallar” bölməsində Reyestrə müraciətlə bağlı detallı məlumatları əks etdirən təlimatla da tanış olmaq mümkündür.

Media Reyestri İnformasiya Sistemindən istifadəyə dair məlumatlandırıcı çarxla tanış ola bilərsiniz.

 

 
 
 

Digər xəbərlər

0.22798991203308