Astanada   Qarabağ həqiqətləri bir daha bəyan edildi

11:50 15-10-2022 | icon 1106
Astanada   Qarabağ həqiqətləri bir daha bəyan edildi

Prezident İlham Əliyevin cari ilin 13 oktyabr tarixində Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında çıxışı beynəlxalq səviyyədə verilmiş cidd mesajlarla əlamətdardır. Cənab İlham Əliyev deyib ki, Ermənistan noyabr Bəyanatının iki vacib bəndini icra etməsə, bizim adekvat tədbir görməkdən başqa seçimimiz qalmayacaq.

         Münaqişədən sonrakı vəziyyət müxtəlif cür inkişaf edir. Sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar baş verdi. Bu silahlı toqquşmaların səbəbləri bəllidir – Azərbaycana münasibətdə terror, ilk növbədə, mina terroru və snayper terroru davam edir. İkinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşının əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində həlak olduğunu və ya ciddi xəsarət aldığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Eyni zamanda, bizim tərəfimizdən Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Həmçinin Azərbaycanın bir hərbi mövqeyindən digərinə aparan yollar minalanıb. Silahlı toqquşmalar davam edib, aktiv faza maksimum 8 saat çəkib. Bəzilərinin hesab etdiyi kimi, Azərbaycan Ermənistan ərazisini işğal etmək niyyətində olmayıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb”.

        Prezident İlham Əliyev Astana şəhərindəki toplantıda xüsusilə vurğulayıb ki, Fransa prezidenti Emmanuel Makron son müsahibəsində anti-Azərbaycan və qatı ermənipərəst mövqeyi ilə Parisin Praqada keçirilmiş dördtərəfli görüşdəki bitərəf vasitəçiliyinə zərbə vurub. Praqada Azərbaycan, Ermənistan, Avropa İttifaqı və Fransa liderləri arasında dördlü format əsasında görüş və müzakirələrin aparılması ideyası E. Makrona məxsus idi. Vasitəçi tərəfsiz olmalıdır. Ancaq Makron bitərəf qalmağa dözmədi və növbəti dəfə bu adi prinsipi pozdu. Ondan əvvəlki Fransa prezidentləri Jak Şirak, Nikola Sarkozi və Fransua Olland ermənilərə rəğbətlərinə baxmayaraq, Azərbaycan əleyhinə qərəzli açıqlamalardan çəkinirdilər. Makron isə heç nədən çəkinmədən məlum müsahibəsində Qarabağı “mübahisəli ərazi” adlandıraraq deyib ki, bu bölgə, guya, Ermənistanın “mərkəzindədir”.  

       Azərbaycan Prezidenti növbəti dəfə qalib xalqın qalib lideri kimi bu çıxışı sözün həqiqi mənasında bütün dünyaya Azərbaycanın qalibiyyətinin ifadəsi oldu.

 

Fərid Səmədov,

Cəlilabad Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin əməkdaşı


Digər xəbərlər

0.26456499099731