Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib

09:50 17-10-2022 | icon 757
Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib

"İkinci Qarabağ müharibəsində qazanılmış Qələbə nəticəsində iki il
əvvəl Azərbaycan öz torpaqlarını Ermənistan işğalından azad etdi, 30 il
davam edən Qarabağ münaqişəsinə son qoydu, ədaləti bərpa etdi və BMT
Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi Ermənistan silahlı
qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz
çıxarılmasını tələb edən 4 qətnaməsinin icrasını özü təmin etdi".
Bununla bağlı Prezident İlham Əliyev Astanada keçirilən Asiyada
Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə
Toplantısının plenar iclasında çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib ki, Ermənistan tərəfindən 30 ilə yaxın davam
edən işğal zamanı şəhərlərimiz və kəndlərimiz, mədəni və dini abidələrimiz,
məscidlərimiz məqsədli şəkildə dağıdılıb, təhqir və talan edilib:
"Hətta məscidlərdən heyvan saxlamaq üçün tövlə kimi istifadə
olunurdu.
Təəssüf ki, 30 il ərzində biz erməni cəmiyyətinin bu cür vandalizmə
qarşı heç bir etirazını eşitmədik, əksinə, hətta bu dağıntılar, erməni
vandallar və hərbi cinayətkarlar təqdir edilir və qəhrəmanlaşdırılırdı".
Prezidentin sözlərinə görə, Ermənistan Azərbaycanın mülki əhalisinə
və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib: "Birinci
Qarabağ müharibəsindən bəri 3900-ə yaxın Azərbaycan vətəndaşı itkin
sayılır. Onların əksəriyyəti işgəncələrə məruz qalıb, öldürülüb və kütləvi
məzarlıqlarda basdırılıb. Biz işğaldan azad edilmiş iki kənddə bu il kütləvi
məzarlıqlar aşkar etdik.
Ermənistan Azərbaycana itkin düşənlərin taleyi və kütləvi
məzarlıqların dəqiq yerləri barədə məlumat təqdim etməlidir. Biz iki ilə
yaxındır ki, bu məlumatı tələb edirik, ancaq Ermənistan hökuməti bunu
Azərbaycanla bölüşməkdən imtina edir və bununla da özünü Ermənistanın
əvvəlki rejimlərinin cinayətkar liderləri ilə assosiasiya edir".

Əliyeva Afət Rəfi qızı
Saatlı rayon Dövlət Rəsm Qalereyasının əməkdaşı


Digər xəbərlər

0.25630807876587