28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir

10:04 18-10-2022 | icon 1121
28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir

Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr
ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər.
Nəticə də göz qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan
ictimaiyyətinə məlumdur. Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz
qabağındadır və bir daha demək istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu
münaqişəni özü həll edib”. Bu sözləri Prezident İlham Əliyev aprelin 12-də bu ilin
birinci rübünün yekunlarına həsr olunmuş müşavirədə deyib.
Azərbaycanın tarixi qələbəsilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra
ATƏT-in Minsk Qrupu adlı təşkilat faktiki olaraq əhəmiyyətini itirib. 30 ilə yaxın
müddət ərzində heç bir iş görməyən, yalnız turistik səfərlərlə baş aldadan həmsədr
institutu artıq tarixin qaranlıq arxivinə qovuşub. Ermənistan tərəfi ölü doğulmuş
“üçlüyü” diriltməyə çalışsa da, Azərbaycan lideri Minsk Qrupunun taleyi ilə bağlı son
nöqtəni Qlobal Bakı Forumunda qoyub. Dövlət başçısı çıxışında bu məsələyə
toxunaraq həmsədrlərin pensiyaya çıxmaq vaxtının çatdığını bəyan edib.
ATƏT, hansı ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də yeni reallıqları tam
qəbul edib. Bu yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə mənim görüşüm olub və
görüş bir daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul edir və bu da çox
əlamətdar hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən dərhal sonra
Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər. Bu, onların Azərbaycana
müharibədən sonra birinci və sonuncu səfəri idi və o görüşlə bağlı mətbuatda kifayət
qədər məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı olub.
Biz müzakirə zamanı nəyi demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri, eyni
fikirləri səsləndirmişik. Biz bu münaqişəni özümüz həll etdik. Minsk qrupu İkinci
Qarabağ müharibəsinə qədər 28 il fəaliyyətdə idi və həmsədr ölkələr bu illər ərzində
Azərbaycana, Ermənistana bəlkə də yüzlərlə səfər etmişlər. Nəticə də göz
qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə məlumdur.
Bu haqda çox danışmaq istəməzdim. Nəticə göz qabağındadır və bir daha demək
istəyirəm ki, nəticə sıfır və Azərbaycan bu münaqişəni özü həll edib. Hərbi-siyasi
yollarla həll edib. Minsk qrupuna münaqişənin həlli üçün verilmiş mandat faktiki olaraq
de-yure qüvvədə olsa da, de-fakto artıq etibarsız sayıla bilər. Müharibədən keçən
dövr ərzində - son Rusiya-Ukrayna müharibəsinə qədər olan dövr ərzində biz bu
məsələ ilə bağlı öz fikirlərimizi bildirmişdik. Bizim xarici işlər nazirimiz Minsk qrupunun
həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə
deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll
olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq.
Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən
çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki
şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional
vəziyyətdədir. Bunu artıq bu həmsədr ölkələrin yüksəkvəzifəli şəxsləri bildirirlər və
belə olan halda, əlbəttə ki, hər hansı bir qrup şəklində fəaliyyətdən söhbət gedə

bilməz. Hesab edirəm ki, ATƏT bir mötəbər beynəlxalq təşkilat kimi öz rolunu oynaya
bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə olan sədri ilə görüşlər
əsnasında mən bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri, media
nümayəndələri, digər ictimai rəyə nüfuz, yəni təsir edə bilən şəxslər ATƏT-in fəaliyyəti
çərçivəsində, yəni ki, bu format çərçivəsində görüşlər keçirə bilərlər ki, Ermənistan-
Azərbaycan əlaqələri normallaşsın. İndi gündəlikdə duran məsələ budur. Dağlıq
Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşmasıdır və istənilən beynəlxalq təşkilat, bu sahədə öz
töhfəsini verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir.
Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları
müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı
aprel döyüşlərindən sonra dərs almayan Ermənistan bu ilin iyul və avqust aylarında
yenidən hərbi təxribatlara əl atdı, sentyabrın 27-də baş verənlər isə səbr kasasını
daşıran son damla oldu. Vətən müharibəsi başlamışdı və bütün Azərbaycan bir neçə
dəqiqənin içində cəbhəyə kökləndi. Hamının qəlbi Vətən naminə döyündü.
Vətən müharibəsi regional və qlobal miqyasda Azərbaycana dəstəyi də nümayiş
etdirdi. Biz kimin kim olduğunu gördük və çoxları nəhayət, anladılar ki, Azərbaycanın
ərazi bütövlüyü başqa ölkələrin ərazi bütövlüyü qədər əhəmiyyətli və önəmlidir.
Azərbaycan Ermənistandan fərqli olaraq heç kimdən kömək istəmədi. O, yalnız öz
gücünə arxalandı, xalqın marağı dövlətin iradəsi ilə birləşib düşmənə sarsıdıcı zərbə
vurdu. Bu da ondan irəli gəldi ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasətin
əsas özəlliyi onun Azərbaycanın milli maraqlarını ehtiva etməsidir. Onun
hakimiyyətdə olduğu 17 il ərzində ölkəmizin xarici siyasət kursunda yalnız bu
prinsiplər üstünlük təşkil edib: Azərbaycanın müstəqilliyini möhkəmləndirmək,
müstəqil siyasətə sadiq olmaq, heç vaxt heç kimdən asılı olmamaq, heç kimin
qarşısında baş əyməmək, öz qürurumuzu qoruyub saxlamaq və ölkənin ərazi
bütövlüyünü bərpa etmək. Və bu da nəticə: Azərbaycan 30 ildir məruz qaldığı
təcavüzü aradan qaldırdı, döyüş meydanında olduğu kimi, diplomatiya arenasında da
qalib gəldi.
Ermənistan və 3 həmsədrin qarşısında Azərbaycan tək idi. Onlar bilərəkdən, yaxud
nəyə görəsə qarşıya qoyulan vəzifəni yerinə yetirmədilər. Azərbaycan isə 44 günlük
Vətən müharibəsini zəfərlə başa vuraraq, torpaqlarını işğaldan azad etdi. Əslində bu
qrupun etməli olduğunu biz özümüz etdik.

Rauf Salmanov
Saatlı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


Digər xəbərlər

0.30577898025513