Fizuli rayonu stabil inkişaf yolundadır

10:05 18-10-2022 | icon 869
Fizuli rayonu stabil inkişaf yolundadır

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci ilin sentyabr
ayının 27-də erməni quldur dəstələrinin genişmiqyaslı hücumuna cavab
olaraq əks-hücum əməliyyatı əmrini verdi. Azərbaycan Silahlı Qüvvələrinin
igid əsgər və zabit heyəti cənab İlham Əliyevin əmrini ləyaqətlə yerinə
yetirməyə başladı. Yaşayış məntəqələrinin, strateji yüksəkliklərin işğaldan
azad olunması, xalq hakimiyyət birliyi öz nəticəsini göstərdi. Cənab İlham
Əliyev böyük sərkərdəlik istedadı ilə ilk günlərdən işğal olunmuş
ərazilərimizdə düşmən qüvvələrinin yaratdığı möhkəmləndirilmiş
istehkamları, təminat yollarını darmadağın etdi. Ərgünəş yüksəkliyinin ələ
keçirilməsi müharibənin dönüş nöqtələrindən biri oldu. İgid oğullarımız iki
yüz illik erməni fitnə-fəsadına son qoydu. Dünya hərb elminə ədalətli
müharibənin yeni konturları yazıldı. Həm döyüş meydanında, həm də
informasiya cəbhəsində müdrik Prezidentimizin qətiyyətli tədbirləri dünyanı
heyrətdə qoydu. Nəticədə dədə-baba yurdlarımızdan biri-Füzuli rayonu
işğaldan azad olundu. Xalqımıza bu səadəti, xoşbəxtliyi cənab İlham
Əliyevin müdrik rəhbərliyi altında igid oğullarımız bəxş etdi. Füzuli rayonu
öz azadlığına qovuşdu. Bu xoşbəxtliyə görə cənab İlham Əliyevə
minnətdarlığımızı bildirir, şəhidlərimizə ulu tanrıdan rəhmət diləyir,
qazilərimizə can sağlığı arzulayırıq.
Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min
nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz
hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan
Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış
məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin
adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd
Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı
dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu
tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu
abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi
Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli
türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində
sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini
aid etmək olar. Artıq iki ildir ki, Füzuli rayonunda abadlığ-quruculuq işləri
aparılır. Füzuli rayonu yeni  inkişaf dövrünə qədəm qoyub.
Ölkə Prezidenti cənab İlham  Əliyev  Füzuli  rayonu  ərazisinə işğaldan
azad olunduqdan sonra dəfələrlə səfər etmişdir. Zəfər yolunun, magistral 
avtomobil yollarının çəkilməsi, Füzuli Beynəlxalq havanlimanının açılması

bölgənin gələcək böyük inkişafından xəbər verir. Azıx mağarasında qədim
erməni xalqının qalıqlarını axtarmaq gülünc  işdir. Bu ərazinin əsl qədim
sahiblərinin Azərbaycanlılar  olduğuna orada olan tarixi,  mədəni irs
nümunələri sübut edir. Prezidentimizin rəhbərliyi altında aparılan
genişmiqyaslı  işlər  dahi Azərbaycan şairi Məhəmməd Füzulinin adına 
layiqdir. Elektrik təsərrüfatının yenidən qurulması, bərpa olunan enerji
layihələrinin tətbiqi insanların firavan yaşamasına xidmət edəcək. Hazırda
Füzuli şəhərinin baş planının təsdiq  olunması, ona uyğun olaraq inşaat
işlərinin başlanması, Füzuli şəhərinin “Ağıllı şəhər” Dövlətyarlı  kəndinin
“Ağıllı kənd” kimi yenidən qurulması dövlətimizin iqtisadi gücündən xəbər
verir. Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyası kurs öz
müsbət nəticəsini verir. Xalqımız düşünülmış siyası kurs nəticəsində öz
firavanlığına qovuşur, Azərbaycan  Respublikası sülhün, sabitliyin hakim
olduğu ölkə kimi böyük hörmət qazanır. Füzuli rayonu və  kəndləri stabil
inkişaf yoluna qədəm qoyur.

İzzətov Elxan
Saatli rayonu Smadakənd kənd tam orta məktəbinin tarix müəllimi


Digər xəbərlər

0.26508402824402