Qaradağda şəhidin anım mərasimi keçirildi - Fotolar

19:37 19-10-2022 | icon 914
Qaradağda şəhidin anım mərasimi keçirildi - Fotolar

Qaradağ rayon Qızıldaş qəsəbəsində Şəhid Sərxoşov Seymurun anım mərasimi keçirilib.

Anım mərasimində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, şəhidin ailə üzvləri, yaxınları, qazilər, şəhidin hərbiçi yoldaşları iştirakı ilə Sərxoşov Seymurun və digər şəhidlərin məzarları ziyarət olunub. 

Qəbirüstü abidələri önünə gül dəstələri qoyulub. Daha sonra şəhidin ailəsi ziyarət olunub.

Şəhid ailəsinin ailə üzvləri çıxış edərək onunla bağlı xatirələrini bölüşüb, şərəfli həyat və döyüş yolundan söz açıblar. 

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

 






Digər xəbərlər

0.29318499565125