Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

16:17 26-10-2022 | icon 1519
Fərid Qayıbov Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib

Gənclər və idman naziri Fərid Qayıbov Antalyada Avropa Şurasının idmana cavabdeh nazirlərinin 17-ci konfransında iştirak edib.

Tədbirin ilk günü F.Qayıbov Avropa Şurasının İdman üzrə Genişləndirilmiş Hissəvi Sazişinə (EPAS) üzv dövlətlərin idman nazirlərinin toplantısına qatılıb.

Oktyabrın 26-da bir çox Avropa ölkələri idman nazirlərinin, rəsmilərin iştirakı ilə konfransın rəsmi açılışı keçirilib. Nazir F.Qayıbov konfransda çıxış edərək “Gender bərabərliyi: qadınların bərabər iştirakı və iştirakçılığın təmin edilməsi”, “İdman inklüzivlik vasitəsi kimi: onun aztəminatlı qruplar üçün rolu” və “Uşaqlar üçün idman: təlim, profilaktika və inkişafı” mövzuları üzrə təkliflərlə çıxış edib.

Tədbirdə F.Qayıbovu Gənclər və İdman Nazirliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri, EPAS İdarə Heyətinin üzvü Namiq Novruzov müşayiət edir.

Tədbir çərçivəsində oktyabrın 27-də “Miqrant və qaçqınların idman vasitəsilə inteqrasiyası” mövzusunda dəyirmi masalar keçiriləcək. Milli Məclisin deputatı Nigar Arpadarai AŞPA-nın Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin mövzu üzrə məruzəçisi qismində çıxış edəcək.


Digər xəbərlər

0.2674720287323