Azərbaycanın növbəti diplomatik uğuru

14:46 02-11-2022 | icon 957
Azərbaycanın növbəti diplomatik uğuru

Oktyabrın 31-də Soçidə keçirilən növbəti görüşdə tərəflər Qarabağda atəşkəs haqqında 10 noyabr birgə Bəyannaməsinin icrası ilə bağlı irəliləyişə nəzər salıb və regionda mövcud problemlərin həlli üçün gələcək addımları müzakirə ediblər. Azərbaycan Prezidenti bərmənalı şəkildə vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.

       Soçi görüşü Cənubi Qafqazda sülhün və təhlüksizliyn təmin edilməsi baxımından çox mühüm addım oldu. Rusiya Prezidenti Vladimir Putinin dövlət başçımıza göstərdiyi xüsusi ehtiram, eyni zamanda bir çox məsələlərdə, xüsusən mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa görə İlham Əliyevə təşəkkür etməsi də onun göstəricisidir ki, Azərbaycan nüfuz etibarilə regiondakı liderliyini qoruyub saxlayır və baş verən proseslər rəsmi Bakının iradəsindən kənarda inkişaf etmir.   

       Soçi bəyanatında əks olunan müddəalar da Azərbaycan tərəfinin daim tərəfdaş olduğu, söylədiyi və diqtə etdiyi müddəalardır. Məsələn, qəbul edilmiş bəyanatda xüsusilə qeyd olunur ki, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ictimaiyyətin, ekspert birliklərinin nümayəndələri və dini liderlər arasında Rusiyanın köməyi ilə dialoqu davam etdirmək üçün, həmçinin iki ölkənin xalqları arasında etimadı möhkəmlətmək məqsədilə üçtərəfli parlamentlərarası əlaqələrin cəlb edilməsi üçün müsbət ab-hava formalaşması vacibdir. Bəyanatda nə status, nə də Qarabağ ifadəsi var. Ermənistan tərəfinin həmişə iddia etdiyi hərbi əsir və girov məsələsinə də toxunulmur.

       Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində  müəyyən irəliləyişlərin olduğu da görünməkdədir. Danışıqlardan birmənalı şəkildə bəlli olan budur ki, hər iki tərəfin vasitəçiliyi ilə keçirilən görüşlərdə sülh gündəliyini qalib tərəf kimi Azərbaycan müəyyənləşdirir. Azərbaycanın daxili işi olan Qarabağ məsələsi artıq müzakirə edilmir və ölkəmizin siyasi iradəsinə qarşı çıxmaq mümkün deyil. Çünki beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir.

 

 İlkin Zeynalov,

Lənkəran-Astara Regional Təhsil İdarəsinin

Cəlilabad rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi


Digər xəbərlər

0.2247679233551