“Miss & Mister Azerbaijan - 2017”-nin yarımfinalı keçirildi – FOTO

15:19 30-03-2017 | icon 5038
“Miss & Mister Azerbaijan - 2017”-nin yarımfinalı keçirildi – FOTO

“Miss & Mister Azerbaijan - 2017” Milli gözəllik müsabiqəsinin yarımfinal mərhələsi keçirilib.

Seçim mərhələlərindən yarımfinala vəsiqə qazanmış 29 xanım və 29 bəy iştirakçı finala vəsiqə qazanmaq uğrunda mübarizə aparıb.

Bu barədə Oxu.Az-a müsabiqənin mətbuat xidmətindən bildirilib. 

Ənənəyə sadiq qalaraq yarımfinal mərhələsində iki nominasiya təqdim olunub. “Miss Bahar” nominasiyasına “Mister Novruz” da əlavə edilib. Lakin ötən illərdən fərqli olaraq həmin nominasiyalara layiq görülən iştirakçıları tamaşaçılar deyil, “Miss & Mister Azerbaijan” Milli gözəllik müsabiqəsinin münsiflər heyəti müəyyən edib.

“Miss Bahar - 2017” adına iştirakçı nömrəsi 28 olan Xanım Əliyeva, “Mister Novruz - 2017 nominasiyasına isə 28 nömrəli iştirakçı Vüsal Qasımzadə layiq görülüb.

17 xanım və 17 bəy isə finalçı adını qazanaraq ölkənin bir nömrəli bəy və xanımı olmaq uğrunda mübarizəyə başlayıblar. 

“Mister Azerbaijan”ın – 2017”-nin finalçıları:

1.Əhməd Əhmədov
2.Rəşid Kərimov
3.Ruslan Abdullazadə
4.Qiyas Kəlbiyev
5.Ayaz Yolçuyev
6.Pərviz Şükürov
7.Əli Hüseynov
8.Cavid İbrahimov
9.Zeynalabdin Xudiyev
10.Kənan Mikayılzadə
11.Ramal Həşimli
12.Vüqar Şəfiyev
13.Cavid Cavadlı
14.İsa Babayev
15.Abbas Məlikov
16.Kənan İsmayılov
17.Vüsal Qasımzadə
 
“Miss Azerbaijan – 2017”-nin finalçıları:
 
1. Günay Ələskərli
2. Ülviyyə Əliyeva
3. Gülnar İsayeva
4. Banu Şudjai
5.Oksana Çiragova
6.Cəmilə Amirova
7. İlahə Abasova
8. Dinara Mansimova
9. Ülviyyə Əliyarova
10.Raziyyat Əliyeva
11. Sevər Qasımova
12. Nailə Kərimova
13. Dəniz Nuri
14. Aidə Dövlatova
15.Səbinə Fətullayeva
16. Xanım Əliyeva
17. Arzu Hüseynzadə
 
 
A.S.

Digər xəbərlər

0.29508185386658