Əhməd Bakıxanov adına 6 saylı Uşaq Musiqi Məktəbi "Zəfər Günü"nə həsr olunmuş konsert təqdim edib
Noyabrın 2-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Əhməd Bakıxanov adına 6 nömrəli Uşaq Musiqi Məktəbi "Zəfər günü"nə həsr olunmuş konsert təqdim edib.
Konsert proqramında fortepiano, simli və xalq çalğı alətləri şöbəsinin şagirdləri Azərbaycan və qərb bəstəkarlarının əsərlərini ifa ediblər.
Həmçinin konsertdə müəllimlərdən ibarət ansamblın müşayiəti ilə şagirdlərin ifasında "Xudayar" təsnifi səsləndirilib. Çıxışlar dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Sonda məktəbin direktoru Sevda Rəhimova çıxış edərək, konsertin ərsəyə gəlməsində mühüm rolu olan müəllim və şagirdlərə öz minnətdarlığını bildirib.
-
“Xarıbülbül” festivalına Laçında yekun vurulub
...
-
CineMastercard kinoteatrında “Cadı” filminin Qala gecəsi keçirildi - VİDEO - FOTO
...
-
Şuşada “Xarıbülbül” musiqi festivalının ikinci günündən - Video
...
-
Zeynəb Xanlarova illər sonra azad Şuşada oxudu - Video
...
-
İbrahim Tatlıses Bakıda - Video
...
-
Bu gün Şuşada festival var - Video
...
-
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
...
-
Rasim Balayev Baş nazirə müraciət etdi
...
-
"Sən elə bir zirvəsən!” yenidən Akademik Musiqili Teatrda
...
-
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
...