İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 10-da Avropa Olimpiya Komitələrinin prezidenti və Yunanıstan Olimpiya Komitəsinin Prezidenti Spiros Kapralosu qəbul edib.
Dövlət başçısı ilk növbədə Spiros Kapralosu Avropa Olimpiya Komitələrinin prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edib, fəaliyyətində uğurlar arzulayıb, Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubiley tədbirlərində iştirakına görə minnətdarlığını bildirib. Birinci Avropa Oyunlarını məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu mötəbər tədbirin önəmini vurğulayıb, oyunların təşkilində Spiros Kapralosun rolunu yüksək qiymətləndirib.
Xoş sözlərə görə minnətdarlığını bildirən qonaq ilk növbədə Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə təbriklərini çatdırıb. Birinci Avropa Oyunlarının əhəmiyyətinə toxunan Spiros Kapralos bu beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkil olunduğunu və bu işdə dövlət başçısının rolunu xüsusi qeyd edib. Bildirib ki, ölkəmizin bu tədbirə layiqincə ev sahibliyi etməsi Avropa Olimpiya ailəsində həmrəyliyə böyük töhfə verib. Spiros Kapralos ötən dövr ərzində Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə qazandıqları böyük uğurları məmnunluqla vurğulayıb.
Təbriklərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Azərbaycanla Avropa Olimpiya Komitələri arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Spiros Kapralos dövlət başçısına Azərbaycan Milli Olimpiya Komitəsinin 30 illik yubileyi münasibətilə xatirəsi hədiyyəsi təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.
-
Minifutbol üzrə millimizin üzvləri təltif olundu
...
-
Minifutbol üzrə dünya çempionatı Bakıda
...
-
ARAF prezidenti Elçin Quliyev: “Əsas məqsədimiz “Çövkən”idman növünü inkişaf etdirməkdir”
...
-
Peşəkar Çövkən Liqasının açılış mərasimi keçirilib
...
-
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
...
-
Bilyard üzrə "Quba Open” turniri keçirilib
...
-
Azərbaycanda 3-cü dəfə Red Bull Car Park Drift həyəcanı yaşanacaq
...
-
Hidayət Heydərov tarix yazdı - Dünya çempionu!
...
-
Bodibildinq üzrə II muxtar respublika birinciliyi yekunlaşıb - FOTO
...
-
Peşəkar Çövkən Liqasına həsr olunmuş mətbuat konfransı keçirilib
...